reklam
ŞOK: Rusiya yığması olimpiadaya buraxılmadı
Sportfm.az xəbər saytı

ŞOK: Rusiya yığması olimpiadaya buraxılmadı


Rusiya Paralimpiya Komitəsi (RPK) Beynəlxalq Paralimpiya Komitəsi (BPK) üzvlüyündən çıxarılıb və beləliklə, Rusiya idmançıları 2016-cı il Rio-de-Janeyro Paralimpiya Oyunlarında iştirakdan məhrum olub. Sportfm.az xəbər verir ki, bunu BPK rəhbəri Filip Kreyven bəyan edib. "BPK İcraiyyə Komitəsi Rusiya Paralimpiya Komitəsinin dərhal kənarlaşdırılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, Rusiya Paralimpiya Komitəsi BPK-yə üzvlük planında bütün öz hüquq və səlahiyyətlərini itirir", - deyə Kreyven bazar günü keçirilən mətbuat konfransında bildirib.
"Rusiya Paralimpiya Komitəsi rusiyalı idmançıların Rio-de-Janeyro Oyunlarında iştirakı üçün ərizə verə bilməyəcək", - deyə BPK prezidenti bildirib. Prezident əlavə edib ki, Rusiya tərəfinin bu qərardan məhkəmə şikayəti vermək üçün 21 gün vaxtı var.

Paralimpiada-2016 7-18 sentyabr tarixlərində Braziliyada keçiriləcək.

Oxşar xəbərlər

Rusiya və Belarus idmançıları paralimpiada qadağası
Ruslar Yay Paralimpiya Oyunlarında iştirak edəcək
Rusiya və Belarus daha bir beynəlxalq federasiyadan uzaqlaşdırıldı
Rusiya və Belarus idmançılarına icazə verildi - IPC-nin bayrağı altında yarışacaqlar
Azərbaycan Abu-Dabidə Beynəlxalq Paralimpiya Komitəsinin konfransında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər