reklam
Sportfm.az xəbər saytı

""Neftçi" ilə oyunlar hər zaman çətin keçib" -Aftandil Hacıyev


Azərbaycan Premyer Liqasının 24-cü turunda "Səbail" "Neftçi"ni qəbul edəcək.

Sportfm.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev hazırlıq barədə deyib:

"Oyuna digər matçlardakı kimi hazırlaşırıq. Bilirik ki, çempionatın ən güclü rəqiblərindən birinə qarşı oynayacağıq. "Neftçi" çempionluğa oynayan komandadır. Bu komanda ilə oyunlar hər zaman çətin keçib. İtkilərimiz yoxdur. Xırda zədələr var və onlar da oyun gününə qədər hazır olacaq. Bütün futbolçular məşqdə iştirak edir". 

37 yaşlı mütəxəssis "Neftçi" ilə oyundakı şansları barədə bunları deyib: 

"Son turdakı məğlubiyyəti analiz etmişik. Futbolçularla söhbətimiz olub. "Sabah"a məğlub olsaq da, xeyli qol şanslarını əldən vermişik. Fərqli hesab da ola bilərdi. "Neftçi" ilə oyun fərqli olacaq. Bu komandanı 3-cü dövrədə yenmişik. Onlar bizə qarşı ciddi hazırlaşırlar. İstədiyimiz nəticəni almaq üçün meydana çıxacağıq. Artıq mən "Neftçi"dən xal almağı sensasiya saymıram. Artıq bundan əvvəl bu rəqibdən xal almışıq. Düzgün köklənsək, hazırlaşsaq, hər bir rəqibdən xal almaq mümkündür".  

Qeyd edək ki, "Səbail" - "Neftçi" oyunu aprelin 14-ü, saat 18:00-da baş tutacaq. (sportal.az)

Oxşar xəbərlər

"Neftçi"nin adı və tarixi motivasiyadır" - Qurban Qurbanov
"Biz necə komanda olduğumuzu bilirik" - "Neftçi"nin baş məşqçisi
"Neftçi"yə qarşı mübarizə aparmaq çətin olacaq" - "Bney Yehuda"nın baş məşqçisi
Ayxan Abbasov: "Elə böyük sirr yoxdur"
"Səbail"in futbolçusu: Aramızda söz-söhbət, dava-dalaş yoxdur - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər