reklam
Ayxan Abbasov:
Sportfm.az xəbər saytı

Ayxan Abbasov:"Elə böyük sirr yoxdur"


"Səfərdə çempionatın liderinə qarşı oynayırdıq. Vaxtımız da az idi. "Neftçi" ilə bir neçə gün öncə çempionatda oynamışıq və rəqibə bələd idik. Bir qədər fərqli oynadıq". 

Sportfm.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi"ni məğlub etdikləri matçı dəyərləndirərkən deyib.   

O, heyədə zədəli futbolçuların olmasından şikayətlənib: "Meydan sahiblərini yaxşı analiz etmişdik. Bəlkə də hesab bizə üstünlük qazanması barədə təəssürat yarada bilər. Lakin doğma meydanda bundan da çətin olacaq. Üstəlik, bir neçə futbolçumuz də zədəlidir. "Neftçi"ni keçə bilsək, bu, "Sumqayıt" üçün böyük uğur olacaq".  

Gənc mütəxəssis "Neftçi"nin "Sumqayıt"ın qapısına qol vura bilməməsindən danışıb: "Elə böyük sirr yoxdur. Əzmkarlıq göstərdik. Əsas odur ki, ikinci oyunda da istədiyimiz futbolu sərgiləyək".

 

Oxşar xəbərlər

"Bu gün sınaqlar keçirdik" - Ayxan Abbasov
"Çempionatı bu heyətlə başa vuracayıq" - Ayxan Abbasov
"Koronavirus pandemiyası ilə bağlı itkilərimiz var" - Ayxan Abbasov
""Neftçi" ilə oyunlar hər zaman çətin keçib" - Aftandil Hacıyev
Ayxan Abbasov: “Komandam xarakter göstərdi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər