• 07:11 Bazar ertəsi
    12 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Neftçi"nin adı və tarixi motivasiyadır" - Qurban Qurbanov

"İkinci dövrədəki 6:0 hesablı səfər qələbəsini unutmuşuq. Belə hesablar nadir hallarda olur. Bu, mövsüm ərzində hər komandanın başına gələ bilər. Biz böyük klublarda, çempionatlarda bunun şahidi olmuşuq".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur oyunu barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, həmişə "Neftçi"yə qarşı həddindən artıq ciddi hazırlaşıblar: "Hər zaman yaxşı komandaya qarşı oynadığımızı dərk etmişik. İnanıram ki, əvvəlki matçdakı hesabın bu qarşılaşmaya təsiri olmaz. Əksinə, futbolçular bu görüşə daha məsuliyyətli və ciddi yanaşmalıdırlar".

Qurbanov "Füzuli Məmmədovlu, yoxsa Samir Abasovlu "Neftçi"ni fərqləndirərdiniz" sualına belə cavab verib: "Həmişə həmkarlarıma hörmətlə yanaşmağa çalışmışam. Bir şeyi bilirəm ki, biz "Neftçi"yə qarşı oynayırıq. Fərqi yoxdur: orada kim olur-olsun, kim işləyir-işləsin. Bu komandanın adı və tarixinin özü motivasiyadır. Bu, bizim üçün ciddi siqnaldır. Bundan əvvəlki görüşdə Füzuli Məmmədov baş məşqçi idi. İndi isə Samir Abasov. O, istənilən sistemdə oyuna çıxa və istənilən dəyişikliyi edə bilər. Biz bir neçə varianta hazır olmalıyıq".

Baş məşqçi bəzi xırda problemlərin və mikrozədələrin odluğunu söyləyib: "Elə oyunçular var ki, tam bərpa olunmayıb. Sabah daha aktiv və daha sağlam kollektiv meydanda olacaq".

"Hazırlıq prosesi yaxşı gedir, ciddi hazırlaşırıq. Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qəbələ"ni üstələdikdən sonra Komandamızda müsbət əhval-ruhiyyə var, hər şey qaydasındadır".

Bunu isə "Qarabağ" komandasının kapitanı Maksim Medvedev deyib. 32 yaşlı müdafiəçi komandasını maraqlı oyunun gözlədiyini söyləyib: "Bilirik ki, əsas rəqiblərimizdən biri "Neftçi"dir. Qarşıdakı oyunda baş məşqçimiz Qurban Qurbanovun tapşırıqlarını yetirərək, ən yaxşısını etmək istəyirik. Qələbə qazana biləcəyimizə inanırıq".

Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.

скачать dle 10.4 UTF-8Forex для начинающих

12-02-2021
80
REKLAM
Etketlər
#ciddi, #qarşı, #Neftiyə, #Qurban, #istənilən, #syləyib, #Samir, #Fzuli, #əvvəlki, #yaxşı, #Qarabağ, #yaşlı, #deyib, #oyunu, #Azərbaycan, #Qurbanov, #məşqi, #komandanın, #bilər, #stadionunda
DİGƏR XƏBƏRLƏR
2-02-2021
"Neftçi"də yüksəliş var" - Rəşad Sadıqov
2-02-2021
"Keşlə" rəhbərliyi mükafat ayırdı - "Kəpəz"lə matç üçün
1-02-2021
"Qalib gəlmək üçün hər şeyi etdik" - Qurban Qurbanov
16-01-2021
Qurbanovdan transfer açıqlaması -
Qurbanovdan transfer açıqlaması - "Qış dönəmində transfer etmək asan deyil"
14-01-2021
"Gerye İnstaqram krallarından biridir" - Qurban Qurbanov
4-11-2020
"Başqa ölkədə deyilik, öz vətənimizdəyik" - Qurban Qurbanov
26-08-2020
"Biz necə komanda olduğumuzu bilirik" - "Neftçi"nin baş məşqçisi
21-08-2020
" İrəlidə daha yaxşı "Neftçi" görəcəksiniz" - Füzuli Məmmədov
7-03-2020
"Neftçi"nin çalışdırıcısı ikinci yer haqqında düşünmür
2-02-2020
"Alınsa, Alper Portuk olacaq, alınmasa, heç kim" - Qurban Qurbanov
28-10-2019
"Rəqib ən yaxşı oyunlarından birini göstərdi" - Qurban Qurbanov
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
28-08-2019
"Çətinlik olub-olmayacağını bilmirəm" - Qurban Qurbanov
12-04-2019
""Neftçi" ilə oyunlar hər zaman çətin keçib" - Aftandil Hacıyev
31-01-2019
"Qarabağ" "Neftçi" ilə oyuna itki ilə çıxacaq
  Xəbər Lenti
"Çox dinamik komandaya qarşı oynadıq" - Qurban Qurbanov 11.04.2021, 22:02
“Zirə” 0-0 “Keşlə” - VİDEO 11.04.2021, 21:55
"Çempionatı bu heyətlə başa vuracayıq" - Ayxan Abbasov 11.04.2021, 21:53
"Qarabağ" vahid lider oldu - Azərbaycan Premyer Liqası 11.04.2021, 21:40
"Bizi gərgin oyunlar gözləyir" - Rəşad Sadıqov 11.04.2021, 20:42
"Zədəsiz və bir xalla qayıdırıq” - Sənan Qurbanov 11.04.2021, 19:10
"Zirə" "Keşlə" ilə heç-heçə etdi - Azərbaycan Premyer Liqası 11.04.2021, 18:56
"Qarabağ" - "Sumqayıt" - START HEYƏTLƏR 11.04.2021, 18:17
"Neftçi" – "Keşlə" matçı Bəkirova tapşırıldı - I Divizion 11.04.2021, 17:54
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb