• 11:15 Şənbə
    6 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Öz üzərimizdə daha yaxşı işləyəcəyik ki, Yurçeviçin diqqətini cəlb edə bilək" - Cavid Hüseynov

​"Qəbələ"nin kapitanı Cavid Hüseynov milliyə çağırılmamasından danışıb. 

Yarımmüdafiəçi Premyer Liqanın 22-ci turunda "Sabah"la keçirəcəkləri oyun haqda da fikirlərini bölüşüb.

Əvvəlcə başlayaq milli komandaya dəvət almamağından. Nikola Yurçeviçin açıqladığı siyahıda adını görməyəndə təəccübləndin?
- Əlbəttə, belə bir hiss keçirdim. Çünki dəvət gözləyirdim. Milli komandada oynamağı hər bir futbolçu istəyər. Amma baş məşqçinin qərarına da hörmətlə yanaşıram. Yəqin hələ istənilən səviyyədə oynamıram ki, dəvət göndərmədi. 
"Qəbələ"dən tək özünün yox, ümumiyyətlə, heç bir futbolçunun milliyə çağırılmamasını necə qarşıladın?
- Təbii ki, mənim üçün də təəccüblü oldu. Amma dediyim kimi, yəqin baş məşqçinin düşündüyü nəsə var ki, bizdən heç kimi çağırmadı. Qarşıda hələ çox oyun var var. Öz üzərimizdə daha yaxşı işləyəcəyik ki, Yurçeviçin diqqətini cəlb edə bilək.
Bəs millimizin Xorvatiya ilə seçmə mərhələ və Litva ilə yoldaşlıq oyunları barədə nə deyə bilərsən? Açığı, Xorvatiyadakı matçdan sonra çoxları yığmanın Litvaya qalib gələcəyini gözləyirdi...
- Xorvatiya kifayət qədər güclü rəqibdir. Dünya reytinqində ilk sıralarda qərarlaşan komandalardandır. Buna baxmayaraq, millimiz səfərdə inamlı çıxış etdi. Heç-heçə edə bilsəydik, hər şey daha yaxşı olardı. Ancaq matçın sonlarına doğru qol buraxıb, uduzduq. Litva ilə oyuna gəlincə isə qələbə qazana bilərdik. Amma alınmadı.
Hər iki oyunu izləmisən. Hazırkı baş məşqçi və oyunla qrupda nəyə ümid edə bilərik?
- Əvvəlcə onu deyim ki, çox çətin qrupa düşmüşük. Hamısı güclü komandalardır. Buna baxmayaraq, evdə rəqiblərdən xal və ya xallar almaq olar. Təbii ki, bu, elə də asan olmayacaq. İstənilən halda sona kimi  mübarizə aparmaq lazımdır.
Milli komandanın oyunları ilə bağlı çempionatda 2 həftəlik fasilə yarandı. "Qəbələ" 3-cü dövrədə yaxşı sürət yığmışdı. Fasilə komandaya mənfi təsir etməyəcək?
- Xeyr, mən belə düşünmürəm. Çünki fasilə dövründə boş oturmadıq. Hətta "Sumqayıt"la yoxlama oyunu da keçirdik. Məncə, fasilənin oyunumuza heç bir mənfi təsiri olmayacaq. 

Son dövrədə ilk rəqibiniz "Sabah" olacaq. Bu komanda ilə oyun haqda nə düşünürsən?
- Hazırda 3-cü pillədəki "Səbail"dən 2 xal geridəyik. "Sabah"ı məğlub edib, mövqeyimizi yaxşılaşdırmaq istəyirik. Çünki məqsədimiz çempionatı ilk 3-lükdə bitirməkdir. Çətin oyun olacaq. Amma inanıram ki, sonda 3 xalı biz qazanacağıq (qol.az).

скачать dle 10.4 UTF-8Forex для начинающих

28-03-2019
293
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
21-12-2020
"Baş məşqçinin xoşuna gəlmirəmsə, nə edə bilərəm?" - Emin Mahmudov
22-09-2020
"Azərbaycan futbolunda səviyyəli legioner görmək çətindir” - Cavid Hüseynov
25-08-2020
"Meydana çıxandan sonra bu çətinlik arxada qaldı" - Asif Məmmədov
27-08-2019
"Vurduğum qol Yurçeviçin mənə qarşı istəyini artırıb" - Cavid Hüseynov
24-07-2019
İspaniyalı mütəxəssis:
İspaniyalı mütəxəssis:""Qəbələ"ni tanıyırıq"
24-03-2019
"Yenə qollar vura bilərəm" - Ramil Şeydayev
15-03-2019
"Amin Seydiyev, Bəhlul Mustafazadə, Rauf Əliyev və digər futbolçularımız millidə oynamağa layiqdirlər" - Sənan Qurbanov
17-02-2019
Cavid Hüseynov:
Cavid Hüseynov: ""Qəbələ"nin büdcəsi kifayət qədər azalıb"
10-02-2019
"Belə davam etsəm, milliyə də dəvət alaram" - Rauf Əliyev
29-09-2018
"Bu oyunun bizə faydası olacaq" - Qurban Qurbanov
13-04-2018
"Samir Abasov bir az səbrli olsa, daha yaxşı olar"
10-04-2018
"Karyeramı yekunlaşdıracağam" - Rəşad Sadiqov
29-03-2018
""Qarabağ"la oyuna uduzmaq üçün çıxmayacağıq"
16-11-2017
İlqar Qurbanov:
İlqar Qurbanov: "Millidə mənim kimi futbolçuya ehtiyac var"
21-10-2017
Emin Mahmudov:
Emin Mahmudov: ""Neftçi" kimi komanda aşağı pillələrdə olmamalıdı"
  Xəbər Lenti
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə 6.03.2021, 11:03
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 6.03.2021, 10:48
"Ulduzlar Liqası"nın püşkatma mərasimi keçirildi - Maraqlı qruplar 6.03.2021, 08:59
Madrid klubu qanunsuz pul verib - Hadisə 6.03.2021, 08:45
Cüdoçularımızdan uğursuz start - Böyük Dəbilqə 5.03.2021, 20:25
Məşhur idmançımız YAP İdarə Heyətinin üzvü oldu 5.03.2021, 19:42
“Zaqatala” 2-0 “Sumqayıt” - VİDEO VİDEO 5.03.2021, 19:37
Azərbaycan - Moldova 5:1 - VİDEO 5.03.2021, 18:35
"Bavariya"da yeni müqavilə - 5 illik 5.03.2021, 18:32
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 17 33
2 Qarabağ 17 33
3 Zirə  17 28
4 Sumqayıt   17 23
5 Qəbələ 17 21
6 Səbail 17 16
7 Keşlə 17 15
8 Sabah 17 15
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
2-03-2021
Ulduzlar Liqası başlayır -
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
6-02-2021
"Onların adlarından döyüşməyimi istədilər" - Ramal Amanov
10-02-2021
"Azərbaycan futbolunda hamı yaşa baxır" - Vaqif Cavadov
11-02-2021
"Tik-Tok" AVRO-2020-nin sponsoru oldu
12-02-2021
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi -
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
17-02-2021
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 14 32
2 Zaqatala 15 31
3 Neftçi-2 14 30
4 Sabah-2 14 29
5 Qarabağ-2 15 22
6 Kəpəz 13 16
7 Keşlə-2 14 11
8 Qaradağ Lökbatan 14 10
9 Sumqayıt-2  13 9
10 MOİK 14 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb