• 21:11 Şənbə
    6 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
İlqar Qurbanov:

İlqar Qurbanov: "Millidə mənim kimi futbolçuya ehtiyac var"

"Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov qol.az saytının suallarını cavablandırıb.

Sportfm.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə zədəsindən danışıb.

- Ağır zədə idi. Sağalması bir az vaxt apardı. Amma hazırda özümü yaxşı hiss edirəm. Fasilədə iki yoxlama oyunu oynamışam. Ağrılarım yoxdur.

- Özünü meydana çıxmaq üçün tam hazır hiss edirsən?
- Tam hazır demək olmaz. Amma məşqlərimi yaxşı etmişəm, bərpa prosesi tez olub. Haradansa başlamaq lazımdır.

- Səncə, Roman Qriqorçuk "Neftçi" ilə oyunda sənə güvənə bilər?
- Məşqlərə başlamışam. Baş məşqçi şans versə, çıxıb oynayacam. Açığı, bu şansı da gözləyirəm.

- "Neftçi" ilə oyundan söz düşmüşkən, bu matç haqda nə düşünürsən?
- Yaxşı formada olan komandaya qarşı oynayacağıq. "Neftçi" ardıcıl 4 oyunda qələbə qazandı. Sonra "Zirə"yə məğlub oldular. Amma bu məğlubiyyət onların zəif olduğunu deməyə əsas vermir. "Neftçi" ilə oyunlarımız hər zaman maraqlı olub. Hər iki tərəfi gərgin və sürətli oyun gözləyir.

- Tərlan Əhmədovun gəlişindən sonra "Neftçi" sanki yenidən "dirildi". Hazırda komanda yüksəlişdədi və kifayət qədər inamlı təsir bağışlayır. Bu amil sizi narahat etmir?
- Biz öz oyunumuzu oynasaq, istədiyimiz nəticəni qazana bilərik. Rəqibdən daha çox özümüzü düşünməliyik. Hər iki komanda hücum etməyi xoşlayır. Sürətli oyun olacaq. Azarkeşlərin maraqla izləyəcəyi oyun gözləyirəm.

- "Qəbələ"nin cari mövsümdəki çıxışını necə - dəyərləndirirsən?

- Bu, mənim cavablandıra biləcəyim sual deyil. Biz meydana çıxıb, öz oyunumuzu oynayırıq. Baç məşqçi hər şeyi özü daha yaxşı bilir. Görür, hansı oyunda yaxşı, hansında pis oynamışıq. Buna uyğun start heyətlər müəyyənləşdirir. Çempionat belədir. Hər dəfə istədiyin kimi oynaya bilmirsən. Komandalar istər-istəməz sənə qarşı qapanırlar. Bu da çətinlik yaradır.

- Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmağını necə qarşıladın?
- Bu haqda danışmışam. Xeyirli-uğurlu olsun. İnşallah, Azərbaycan futbolu üçün yaxşı olar.

- Bilirəm ki, milli komanda sənin yaralı yerindir. Uzun müddət yığmadan kənarda qaldın. Hətta ən çox layiq olduğun vaxtlarda belə dəvət almırdın. Qurbanovun təyinatından sonra içində hardasa bir ümid varmı ki, yenidən milliyə qayıda biləcəksən?
- Düzü, indiyə qədər milliyə hansı səbəbdən çağırılmadığımı bilmirəm. O ki qaldı yenidən milliyə dəvət almağa, hər şey məndən asılıdır. Özümü necə göstərəcəmsə, elə də olacaq.

- Necə düşünürsən, hazırda millidə İlqar Qurbanov kimi futbolçuya ehtiyac var?
- Əlbəttə, var. Düşünürəm ki, olmalıdır. Niyə olmasın ki?!

скачать dle 10.4 UTF-8Forex для начинающих

16-11-2017
414
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
21-12-2020
"Baş məşqçinin xoşuna gəlmirəmsə, nə edə bilərəm?" - Emin Mahmudov
22-08-2020
"Çoxdandır bir oyunda iki qol vurmurdum" - Namiq Ələsgərov
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
28-03-2019
"Öz üzərimizdə daha yaxşı işləyəcəyik ki, Yurçeviçin diqqətini cəlb edə bilək" - Cavid Hüseynov
15-12-2018
""Qəbələ" üçün ən yaxşısını etməyə çalışıram" - Təmkin Xəlilzadə
28-11-2018
""Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir" - Slavko Braliç
14-10-2018
Qurban Qurbanov:
Qurban Qurbanov:"Mahir oyundan sonra ağlayırdı"
1-10-2018
Atilla Qurban Qurbanovdan dəvət gözləyir:
Atilla Qurban Qurbanovdan dəvət gözləyir: "Milliyə lazımam"
7-09-2018
"Renat bacardığı qədər mübarizə apardı" - Rəşad Sadıqov
10-04-2018
"Karyeramı yekunlaşdıracağam" - Rəşad Sadiqov
6-04-2018
"Milli komanda üçün əlimdən gələni etməyə hazıram" - Təmkin Xəlilzadə
24-03-2018
Elvini
Elvini "Qarabağ"dan uzaqlaşdıran Qurbanov: Belə şeylərə göz yumulmur
9-12-2017
Qurban Qurbanov:
Qurban Qurbanov: "Həyat tərzində doğru yol tutanlar millidə olacaq"
3-11-2017
Ağasəlim Mircavadov:
Ağasəlim Mircavadov: "Yerli məşqçiyə inanmaq lazımdır"
21-10-2017
Emin Mahmudov:
Emin Mahmudov: ""Neftçi" kimi komanda aşağı pillələrdə olmamalıdı"
  Xəbər Lenti
"Zirə"də yeni oyunçu - RƏSMİ 6.03.2021, 20:26
"Turan Tovuz"dan bərabərlik, "Qaradağ Lökbatan" qələbə qazandı - I Divizion 6.03.2021, 18:34
Rüstəm Orucov bürünc medal qazandı - Böyük Dəbilqə 6.03.2021, 17:30
"Keşlə" “Qarabağ”a qarşı - I Divizion 6.03.2021, 16:31
XX turun oyun cədvəli - Azərbaycan Premyer Liqası 6.03.2021, 15:54
“Fənərbaxça” səfərdə oynayacaq - VİDEO 6.03.2021, 15:12
Qədirzadə debüt etdi - Gürcüstan liqasında 6.03.2021, 14:47
Azərbaycanda oynamış futbolçu dünyasını dəyişdi – 49 yaşında 6.03.2021, 14:11
“Mançester Siti” “Mançester Yunayted”ə qarşı - Premyer Liqa 6.03.2021, 13:43
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 17 33
2 Qarabağ 17 33
3 Zirə  17 28
4 Sumqayıt   17 23
5 Qəbələ 17 21
6 Səbail 17 16
7 Keşlə 17 15
8 Sabah 17 15
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
2-03-2021
Ulduzlar Liqası başlayır -
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
10-02-2021
"Azərbaycan futbolunda hamı yaşa baxır" - Vaqif Cavadov
11-02-2021
"Tik-Tok" AVRO-2020-nin sponsoru oldu
12-02-2021
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi -
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
17-02-2021
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
11-02-2021
“Sevilya” – “Barselona” 2:0 -
“Sevilya” – “Barselona” 2:0 - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 14 32
2 Zaqatala 15 31
3 Neftçi-2 14 30
4 Sabah-2 14 29
5 Qarabağ-2 15 22
6 Kəpəz 13 16
7 Keşlə-2 14 11
8 Qaradağ Lökbatan 14 10
9 Sumqayıt-2  13 9
10 MOİK 14 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb