• 08:20 Bazar ertəsi
    12 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"De Byazinin qərarını normal qarşılayıram" - Ağabala Ramazanov

"Zirə" klubunun futbolçusu Ağabala Ramazanov müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

- Artıq Premyer Liqada 20 tur arxada qalıb. Komandanızın çıxışını necə dəyərləndirirsən?

- Ümumi götürsək, mövsüm bizim üçün yaxşı keçir. Hər oyunda müsbət nəticə qazanmağa çalışırıq. Komandamız günü-gündən daha da inkişaf edir. Zamanla hər şey daha da yaxşı olacaq. 

- Qəbələ səfərində qazanılan bir xal qaneedicidir?

- Qəbələ səfəri həmişə çətin olub. Bu komanda çempionatın ən maraqlı komandalarındandır. Xüsusən evdə çox yaxşı oynayırlar. Məncə, məğlub da ola, qələbə də qazana bilərdik. Son dəqiqələrdə qazandığımız xal bizi sevindirir.

- “Zirə” son 3 oyunda qalib gələ bilməyib. Bu mənada millinin oyunlarına  görə fasilənin yaranmağı yerinə düşdü, yoxsa əksinə?

- Çempionatımızda hər bir komanda ilə oyun gərgin və çətin keçir. Düşünürəm ki, hazırda çox yaxşı mübarizə var. Biz də hər oyunda maksimum nəticə qazanmaq istəyirik. Bu, bəzən alınır, bəzən isə yox.  Bizim üçün hər yaranan fasilə şansdır. Bundan maksimum istifadə etməyə çalışacağıq.

- Son zamanlar demək olar ki, bütün komandalar hakimlikdən şikayət edir. Sizin mövqeyiniz necədir?

- Hakimlər də səhvə yola verə bilər. Çünki çox qısa zamanda qərar verməlidilər. Biz təkrara baxandan sonra hansısa epizodda hakimin düz və ya səhv qərar verdiyini görürük. Onlar isə meydanda yerindəcə dərhal qərar verir. Hansısa razılaşmadığımız epizodlar olur. Bütün hallarda hansısa qərarın qərəzli olaraq əleyhimizə verildiyini düşünmürəm. Mənim hakimliklə bağlı etirazım yoxdur.

- Çexiyanın “Banik” klubu ilə danışıq aparmağın düzdür? Belə bir həvəsin, istəyin var?

- Xeyr, heç kimlə belə söhbət olmayıb. Hazırda fikrimi komandamın oyunlarına yönəltmişəm.

- Milli komandaya bu dəfə də çağırılmamağın gözlənilməz oldu. Canni De Byazinin qərarına münasibətin necədir?

- Bütün futbolçular kimi mən də millidə çıxış etmək istəyərdim. Açığı, yığmaya çağırılacağımı gözləyirdim.  Amma təəssüf ki, dəvət almadım. Baş məşqçinin qərarıdır və bütün hallarda normal qarşılayıram. Peşəkar futbolçuyam, öz işimi görürəm.

- Milliyə dəvət almamağın haqsız hesab edənlər də az deyil. Buna münasibətin necədir?

- Təkrar edirəm ki, mən peşəkar futbolçuyam, başımı aşağı salıb öz işimi görürəm. Nə vaxt çağırılsam, canla başla oynamağa hazıram.

- Millimizdən seçmə mərhələdə nə gözləmək olar? Bu qrupda nəsə edə bilərik?

- Milli komandamızı qarşıda çətin oyunlar gözləyir. Proqnoz vermək istəmirəm. Amma istərdim ki, komandamız hər oyunda müsbət nəticə qazandırıb, bizi sevindirsin. Komandamıza uğurlar arzulayıram. Ən yaxşı nəticələri arzu edirəm. (Qol.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

16-03-2021
51
REKLAM
Etketlər
#yaxşı, #oyunda, #qərar, #nəticə, #necədir, #Qəbələ, #edirəm, #komanda, #Milli, #msbət, #bəzən, #işimi, #futboluyam, #grrəm, #dəvət, #oyunlarına, #hallarda, #hansısa, #mnasibətin, #maksimum
DİGƏR XƏBƏRLƏR
4-03-2021
"Deyəcəyim hər söz komandaya ziyan verə bilər" - Qara Qarayev
17-02-2021
"Rəqib qapısına 100 faiz penalti təyin edilməli idi" - İlkin Muradov
27-12-2020
"Taktika dəyişdi və nəticələr gəlməyə başladı" - Emin Mahmudov
24-09-2020
“Mən hər zaman öz oyunumdan narazıyam” -
“Mən hər zaman öz oyunumdan narazıyam” - Coşqun Diniyev
12-09-2020
"Qarşıma hansısa hədəf qoymağı sevmirəm" - Rəşad Sadıqov
25-08-2020
"Meydana çıxandan sonra bu çətinlik arxada qaldı" - Asif Məmmədov
14-10-2019
“Əvvəl elə bildim, ofsayddır” -
“Əvvəl elə bildim, ofsayddır” - Bəhlul Mustafazadə
9-10-2019
Rəşad Eyubov:
Rəşad Eyubov: "Riçard Almeyda ilə problemimiz yoxdur"
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
20-04-2019
"Bizim oyunlarımız gərgin, əsəbi alınır" - Emin Mahmudov
28-03-2019
"Öz üzərimizdə daha yaxşı işləyəcəyik ki, Yurçeviçin diqqətini cəlb edə bilək" - Cavid Hüseynov
15-12-2018
""Qəbələ" üçün ən yaxşısını etməyə çalışıram" - Təmkin Xəlilzadə
17-07-2018
“Almeydanın gedəcəyini təxmin edirdim” –
“Almeydanın gedəcəyini təxmin edirdim” – Qurban Qurbanov
6-04-2018
"Milli komanda üçün əlimdən gələni etməyə hazıram" - Təmkin Xəlilzadə
5-04-2018
"Azərbaycandakı iki güclü komandadan biri "Qəbələ"dir" - Anar Nəzirov
  Xəbər Lenti
"Çox dinamik komandaya qarşı oynadıq" - Qurban Qurbanov 11.04.2021, 22:02
“Zirə” 0-0 “Keşlə” - VİDEO 11.04.2021, 21:55
"Çempionatı bu heyətlə başa vuracayıq" - Ayxan Abbasov 11.04.2021, 21:53
"Qarabağ" vahid lider oldu - Azərbaycan Premyer Liqası 11.04.2021, 21:40
"Bizi gərgin oyunlar gözləyir" - Rəşad Sadıqov 11.04.2021, 20:42
"Zədəsiz və bir xalla qayıdırıq” - Sənan Qurbanov 11.04.2021, 19:10
"Zirə" "Keşlə" ilə heç-heçə etdi - Azərbaycan Premyer Liqası 11.04.2021, 18:56
"Qarabağ" - "Sumqayıt" - START HEYƏTLƏR 11.04.2021, 18:17
"Neftçi" – "Keşlə" matçı Bəkirova tapşırıldı - I Divizion 11.04.2021, 17:54
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb