reklam
Millimizin rəqibi İran yığması olacaq
Sportfm.az xəbər saytı

Millimizin rəqibi İran yığması olacaq


Martın 13-də Astanada kişi şahmatçılar arasında komandalararası dünya çempionatının səkkizinci turunun oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisi bu turda İran yığması ilə qarşılaşacaq. Şahmatçılarımız Arkadi Naydiç Parham Maqsudlu, Rauf Məmmədov Puya İdani, Qədir Hüseynov Amin Tabatabaye, Nicat Abbasov isə Əlirza Firuzdca ilə üz-üzə gələcəklər.

Komandamızın ötən turda Hindistan yığması ilə oyunu heç-heçə başa çatıb.

Hazırda yığmamızın aktivində 5 xal var. Rusiya 12 xalla liderliyini davam etdirir. İngiltərə 11, Hindistan 10, Çin 8, İran 7, Qazaxıstan və İsveç komandaları hərəyə 4 xal qazanıblar. Misirin aktivində isə cəmi 1 xal var.

Oxşar xəbərlər

Azərbaycan Rusiya ilə heç-heçə etdi
Yığmamız dünya çempionatında üçüncü məğlubiyyətlə üzləşdi
Dünya çempionatının ikinci turunda da məğlub olduq
Yığmamız İngiltərə komandası ilə qarşılaşacaq
Azərbaycan millisi dünya çempionatının ilk turunda məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər