reklam
Ramil Əliyev həbs olunacaqmı?
Sportfm.az xəbər saytı

Ramil Əliyev həbs olunacaqmı?


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov həvəskarlar arasında keçirilən MFL-də baş verən hadisəni nəzarətə götürüb. 

Sportfm.az xəbər verir ki, nazirin göstərişi ilə hadisə araşdırılır, artıq prokurorluq orqanları da Nahid Xasıyevə edilən hücumun istintaqını aparır. 

fevralın 27-də keçirilən "Sabko” - "Qala Sığorta” oyununda meydan sahiblərinin futbolçusu Ramil Əliyev matçın hakim Nahid Xasıyevə qarşı fiziki güc tətbiq edib və nəticədə oyun 23-cü dəqiqəsindən etibarən dayandırılıb. 

Xasıyev özü isə Ramil Əliyevdən şikayətçi olmayıb. Gənc hakim Əliyevin ailə vəziyyətini, azyaşlı övladının olmasını nəzərə alıb və ona hücum edən futbolçunun ağır cəzalandırılmasını istəməyib. 

Məsələyə hüquqi qiymət hüquq-mühafizə orqanlarının araşdırmasından sonra veriləcək. Xasıyevin Ramil Əliyevdən şikayətçi olmaması futbolçunun işini nisbətən yüngülləşdirir. 

Ramil Əliyev tanınmış forvard Rauf Əliyevin qardaşıdı.

Oxşar xəbərlər

MFL-də biabırçı hadisə - Baş hakimi döydülər
Səhlab Bağırov: "Qarabağ" - "Çelsi" oyununda təhlükəsizlik tam təmin olunacaq
Birinci divizionda təyinatlar açıqlandı
Diniyev Zaqatalaya yollanır
Ramil Əliyev baş məşqçi təyin edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər