reklam
“Formula 1” üçün tribunaların quraşdırılmasına start verildi
Sportfm.az xəbər saytı

“Formula 1” üçün tribunaların quraşdırılmasına start verildi


“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisi üçün tribunaların quraşdırılmasına start verilib.

Sportfm.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bildirilib. İlk olaraq “Abşeron” və “Xəzər” tribunalarının quraşdırılmasına başlanılıb. BŞH-da ümumilikdə 9 tribuna var. Bunlar “Abşeron”, “Azneft, “Muşam”, “Sahil”, “İçərişəhər”, “Qız Qalası”, “Bulvar”, “Xəzər” və “Filarmoniya” tribunalarıdır. Həmçinin ayaqüstü zonalar üçün də bilet satışı həyata keçirilir.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 26 - 28 apreldə olacaq.

Oxşar xəbərlər

Qran-pri üçün tikinti-quraşdırma işlərinə başlanılır - Formula 1
“Formula 1” pilotlarının əmək haqları açıqlandı
Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlandı
Ferstappen simulyatorda rekorda imza atdı
Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışı seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər