Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışı seçildi
“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarışı seçilib.
Sportfm.az xəbər verir ki, “Formula 1”in rəsmi saytı vasitəsilə aparılan və 16mindən çox azarkeşin iştirak etdiyi sorğuda Bakı Şəhər Halqasının təşkil etdiyi mərhələ səslərin 13 faizini toplayıb. Birinci yeri isə 30 faiz səslə ABŞ Qran Prisi tutub.
Böyük Britaniya Qran Prisi üçüncü (9 faiz), Almaniya Qran Prisi dördüncü (8 faiz), Avstriya Qran Prisi (6 faiz) isə beşinci yeri tutub.
2018-ci il Azərbaycan Qran Prisində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton birinci finiş edib. Britaniyalı sürücü yekunda mövsümün də qalibi olub.
Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Qran-prisi mövsümün ən yaxşıları sırasında - SİYAHI
Hemilton “BBC Sport”un versiyasında ikinci yeri tutdu
"Azərbaycan Qran Prisi Formula 1-in ən yaxşı mərhələsidir"
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirildi
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası