reklam
Sportfm.az xəbər saytı

"Fatih Terim"in durumu "Başakşəhər"in oyununu yarımçıq qoydu -FOTO


Fevralın 23-də futbol üzrə Türkiyə Superliqasının XXIII turu çərçivəsində keçirilən "Başakşəhər"-"Bursaspor" matçı təxirə düşüb.

Sportfm.az xəbər verir ki, "Fatih Terim" stadionunda keçirilən görüş hava şəraitinin kəskin dəyişməsi səbəbindən 4-cü dəqiqədə təxirə salınıb.

Qarşılaşma fevralın 24-də keçiriləcək.

Turun digər oyununda "Alanyaspor" öz meydanında "Kasımpaşa"nı böyük hesabla məğlub edib - 3:0. Meydan sahiblərinin heyətində 7 və 54-cü dəqiqələrdə Papis Sisse, 89-cu dəqiqədə isə Josef Sural fərqləniblər.

"Sivasspor"-"Antalyaspor" matçında isə sevinən tərəf qonaqlar olub. Bülənt Qorxmazın yetirmələri 36-cı dəqiqədə Nazim Sanqara və 45-ci dəqiqədə Süleyman Dukaranın vurduqları qollar sayəsində qələbə qazanıblar. Sivas təmsilçisi 65-ci dəqiqədə Aruna Konenin qolu ilə ümidlənsə də, bundan artığına gücü çatmayıb - 1:2.

Qeyd edək ki, XXIII turun digər oyunları fevralın 24 və 25-də keçiriləcək.

Oxşar xəbərlər

Türkiyə Super Liqasında daha bir qalmaqal - oyun yarımçıq qaldı
Türkiyə ilk qələbəsini qazandı - Rusiya üzərində
El-Klassikoda qalib gələn tərəf madridlilərdir
"Başakşəhər"i "Fənərbaxça" da durdura bilmədi - VİDEO
"Başakşəhər" oynadı, "Qalatasaray" lider oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər