reklam
Banişevski turnirinin qalibi məlum oldu -
Sportfm.az xəbər saytı

Banişevski turnirinin qalibi məlum oldu -Samir Əbdürrəhmanov daha bir kubok qazandı


Fevralın 17-dən start götürən Anatoliy Banişevskinin xatirəsinə həsr olunmuş turnir bu gün (23 fevral) sona yetib.

Sportfm.az xəbər verir ki, 12-13 yaşlı yeniyetmələr arasında keçirilən turnirin finalında "Sabah" və "Səbail" komandaları üz-üzə gəlib. Əsas vaxtı 1-1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında rəqibinə 5-4 hesabı ilə qalib gələn Samir Əbdürrəhmanovun rəhbərlik etdiyi "Sabah" Anatoliy Banişevskinin xatirəsinə həsr olunan turnirin qalibi olub. Finaldan oyunundan sonra mükafatların təqdim etmə mərasimi keçirilib. İlk olaraq final oyunun hakimlərinə diplomlar verilib. İkinci yerə çıxan "Səbail"in futbolçuları da diplomlarla təltif edildikdən sonra turnirin qalibi olan "Sabah"ın üzvləri kuboku başı üzərində qaldırıb. Bundan əlavə qalib komandanın futbolçuları medallarla, diplomlarla və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb.  

Qeyd edək ki, turnirdə 8 komanda mübarizə aparırdı. 

Oxşar xəbərlər

Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin qalibi bilindi
İspaniya millisi Millətlər Liqasının qalibi oldu
Türkiyə Super Kubokunun qalibi məlum oldu
"Keşlə" daha bir kubok qazandı - FOTO
"Baku Cup-2017" turnirinin qalibi "Vətən" oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər