İspaniyalılar Bakı Olimpiya stadionundan yazdı
UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunu ərəfəsində İspaniya mətbuatının ölkəmizə marağı daha da artıb.
Sportfm.az xəbər verir ki, “Mundo Deportivo” idman portalında “Bakı Olimpiya Stadionu Azərbaycanın milli qürurudur” sərlövhəli məqalə dərc edilib.
Məqalənin müəllifi Çema Fuente qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunu öz oxucularına təsvir edib. Müəllif qeyd edir ki, Azərbaycan çempionunun doğma şəhəri Ağdamın işğal edildiyi və dağıdıldığı üçün klub ev oyunlarını Bakıda keçirir. Çempionlar Liqasının oyunlarının Bakı Olimpiya Stadionunda keçirməsinin əsas səbəbi isə bu komandaya olan ümumxalq sevgisidir.
Bakı Olimpiya Stadionunun Avropanın ən müasir idman arenalarından biri olduğunu qeyd edən müəllif onun tikintisinin çox sürətlə və yüksək keyfiyyətlə aparıldığını, Böyükşor gölü ətrafında ekoloji vəziyyətin yaxşılaşdırıldığını diqqətə çatdırır.
Məqalədə Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi, 2019-cu ildə Avropa Liqasının finalının, 2020-ci ildə Avropa Çempionatının oyunlarının bu arenada təşkil ediləcəyi barədə məlumat verilir. Yazıda Azərbaycanda dövlət tərəfindən idmana xüsusi diqqət ayrıldığı vurğulanır, Bakının gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə iddialı olduğu bildirilir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Oxşar xəbərlər
Rusiya saytı BOS-un şəkillərini paylaşdı - FOTO
"Qarabağ" Avropa Liqasının oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
2020-ci il Avropa çempionatının açılış matçı Bakıda keçirilə bilər
“Qarabağ”ın ispaniyalı futbolçuları “AS” qəzetinə müsahibə veriblər
Azərbaycan–San Marino futbol oyununun keçiriləcəyi stadion dəyişdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası