İlin ən yaxşı idmançıları məlum oldu -FOTO
Monakoda "Laureus" Dünya İdman Akademiyası versiyası üzrə 2018-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, "İlin ən yaxşı kişi və qadın idmançıları" adına serbiyalı tennisçi Novak Cokoviçlə ABŞ gimnastı Simona Beylz layiq görülüb.
Amerikalı qolfçu Tayger Vuds "İlin qayıdışı", yaponiyalı qadın tennisçi Naomi Osaka "İlin sıçrayışı" nominasiyasında qalib olub.
Futbol üzrə Fransa yığması ilin komandası sayılıb.
Amerikalı dağ xizəkçisi Lindsi Vonn, snoubordçu Hloya Kim, keniyalı marafonçu Eliud Kipçoqe, slovakiyalı paralimpiyaçı dağ xizəkçisi Henrieta Farkaşova, çinli alpinist Sya Boyuy, fransalı futbol məşqçisi Arsen Venger də xüsusi mükafatlara layiq görülüb.
Qeyd edək ki, "Laureus" mükafatını 1999-cu ildə biznes dünyasında məşhur olan bir neçə şirkətin iştirakı ilə beynəlxalq fondlar təsis edib. İlkin mərhələdə namizədləri idman mətbuatı seçir. Sonra isə akademiyanın ötənlərin məşhur idmançılarından ibarət 50 üzvü arasında səsvermə keçirilir.
2018-ci ildə 4 turnirin qalibi olmuş Cokoviç "Formula 1" üzrə dünya çempionu Lüis Hemilton, ABŞ basketbolçusu Lebron Ceyms, fransalı futbolçu Kilian Mbappe, keniyalı marafonçu Eliud Kipçoqe və xorvatiyalı futbolçu Luka Modriçi üstələyib.
Oxşar xəbərlər
Jurnalistlər ən yaxşıları seçdi - 2020-ci ilin
Dünyanın ən çox qazanan idmançısı - 37,4 milyon dollar
Ən çox qazanan qadın idmançılar - SİYAHI
2018-ci ilin ən yaxşıları ABŞ-da mükafatlandırıldı
Marafon qaçışında yeni dünya rekordu müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA














Misli Premyer Liqası