

Jurnalistlər ən yaxşıları seçdi -2020-ci ilin
Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) rəsmi saytında 2020-ci ilin ən yaxşı idmançılarının siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski başa çatmaqda olan ilin ən yaxşısı seçilib. Respondentlərin 16,3 faizi polşalı hücumçuya səs verib.
İkinci yerə "Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton (14,3 faiz) layiq görülüb. İlk "3-lüy"ü 9,9 faizlik göstərici ilə ispaniyalı tennisçi Rafael Nadal tamamlayıb.
İlin ən yaxşı qadın idmançısı mükafatını yaponiyalı tennisçi Naomi Osaka qazanıb. 23 yaşlı idmançı 13,85 faiz səs toplayıb. O, sıralamada üç təkanla tullanma idman növü üzrə dünya rekordçusu Yulimar Roxas və tennisçi Serena Uilyamsı geridə qoyub.
"Bavariya" (34,6 faiz) 2020-ci ilin komandası seçilib. İkinci pilləni İngiltərənin "Liverpul" (19,8 faiz) klubu, üçüncü sıranı isə ABŞ-ın "Los-Anceles Leykers" (17,3 faiz) basketbol komandası tutub.
Oxşar xəbərlər
Levandovski yenə ən yaxşı oldu - 76,8 faiz səs
Azərbaycan Premyer Liqası 48-cidir - 93 çempionatın yer aldığı siyahıda
Ən çox qazanan qadın idmançılar - SİYAHI
İlin ən yaxşı idmançısı seçildi - Ronaldu və Messini arxada qoydu
"Lester" ilin komandası seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azarkeşlərinə ekspres avtobuslar ayırdı - “Neftçi”dən jest
-
Pley-off mərhələsinin püşkü atıldı - Region Liqası
-
“Qalatasaray” futbolçusu ilə yeni müqavilə imzaladı
-
AFFA-nın baş katibi səfirlə görüşdü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" – "Araz-Naxçıvan" matçının hakimləri məlum oldu - Azərbaycan Kuboku