reklam
2 futzal komandamıza texniki məğlubiyyət verildi
Sportfm.az xəbər saytı

2 futzal komandamıza texniki məğlubiyyət verildi


AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, tədbirdə futzal liqalarında baş verən hadisələrlə bağlı qərarlar da qəbul edilib. Belə ki, 15 fevral 2019-cu il, futzal üzrə Birinci Liqanın “Füzuli”  – AZMİU  matçının 5-ci dəqiqəsində “Füzuli” klubunun 6 №-li futzalçısı Murad Gülməmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

15 fevral 2019-cu il, futzal üzrə Birinci Liqanın “Baku Fans” – “Sovetski”  matçında “Sovetski”  klubunun heyətində protokolda adı olmuyan futzalçı iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib (maddə 48).

17 fevral 2019-cu il, futzal üzrə İkinci Liqanın “Borçalı” – “Gilan”  matçında “Gilan” klubunun heyətində protokolda adı olmuyan futzalçı iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib (maddə 48).

Oxşar xəbərlər

Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi
Futzalçı hakimi təhqir etdi, AFFA cəzalandırdı
"Neftçi"nin kapitanı tribunadan hakimləri söydü, AFFA cəza verdi
Futzalçı 3 oyun cəzalandı
Futzal komandamıza texniki məğlubiyyət verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər