Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Üç nəfər "Neftçi"dən qovuldu
"Neftçi”nin son vaxtlar yaşadığı uğursuzluqlar klubdakı islahatlarla nəticələnib. Sportfm.az xəbər verir ki, Müşahidə Şurasının avqustun 28-də keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarların, eyni zamanda sentyabrın 9-da klubun səhmdarları ilə keçirilmiş görüşdə bunların ən qısa zamanda yerinə yetirilməsini nəzərə alan rəhbərlik bəzi sərt addımlar atıb. Belə ki, Vəli Qasımov əsas komandanın baş məşqçisi vəzifəsindən azad edilib. Onunla yanaşı, Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən kənarlaşdırılıb. Klubun icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyev də vəzifəsindən azad edilib və bu ştat klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilib.
Oxşar xəbərlər
"Neftçi" xal itirir, vitse-prezident postundan gedir
"Neftçi"də iclas keçirildi
"Neftçi" rəhbərliyindən daha bir absurd addım...Klub rəsmisi olmayan şəxsə məktub ünvanlandılar - FOTO
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi
“Neftçi”də yeni simalar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin