Futbolçunun ölümünə səbəb olanlar həbs olundu -Hadisə
Argentinalı mərhum futbolçu Emiliano Salanın ölümünə səbəb olan təyyarənin uçuşunu təşkil edən David Henderson həbs olunub.
Sportfm.az xəbər verir ki, 67 yaşlı Hendersona 18 aylıq cəza verilib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Henderson Salanın olduğu təyyarəni idarə etmək üçün lisenziyası olmayan pilot David İbbotsona uçuş icazəsi vermişdi. 67 yaşlı iş adamı bir neçə ay əvvəl uçuşa çıxan bir təyyarənin təhlükəsizlik qaydalarını pozmuş və uçuşu təhlükəyə atmaqda ittiham olunmuşdu.
Sala 2019-cu ildə “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Daha sonra Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.
Oxşar xəbərlər
Salanın ölümü ilə bağlı dəhşətli xəbər
Emiliano Salanın ölümü ilə bağlı yeni xəbər
Emiliano Sala 1 dəqiqəlik sükutla anılacaq
Salanın forma nömrəsi əbədiləşdirildi
Emiliano Salanı aparan təyyarə tapıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası