reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Rail Məlikovun hərəkətini unutmadı -FOTO


"Qarabağ" "Sumqayıt"ın müdafiəçisi Rail Məlikova təşəkkür edib. 

Sportfm.az xəbər verir ki, Ağdam klubu təcrübəli oyunçunun Azərbaycan Premyer Liqasının XVI turunda bu komandalar arasında baş tutan matçdakı davranışına biganə qalmayıb. 

"Qarabağ" sosial şəbəkə hesabı vasitəsilə ötən gün keçirilən qarşılaşmada Rail Məlikovun "atlılar"ın lehinə olan epizodla bağlı doğru qərar qəbul edməkdə hakimə kömək etdiyinə görə təşəkkürünü bildirib. 

Sözügedən oyunun 20-ci dəqiqəsində Filip Ozobiçin zərbəsindən sonra top "Sumqayıt"ın qapısından keçsə də, tor deşik olduğundan çölə çıxıb. Bundan sonra qərarsız qalan matçın baş hakimi Orxan Məmmədova doğru qərar verməkdə Rail Məlikov kömək edib. Məhz o, topun qapıdan keçdiyini söyləyib. 

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsiylə başa çatıb. 

Oxşar xəbərlər

Rail Məlikov paytaxt klubu ilə anlaşdı - Transfer
"Karyeramı bitirmək istəmirəm" - Rail Məlikov
Rail Məlikov "Sumqayıt"da qaldı
Rail Məlikovun sabiq komandası qəribə üsula əl atdı
Məlikov "Sumqayıt"da yubiley matçını keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər