reklam
Sportfm.az xəbər saytı

"Karyeramı bitirmək istəmirəm" -Rail Məlikov


"Mənə "Sumqayıt" klubunda işləmək təklif olunub. Hələ ki, futbolçu karyeramı başa vurmaq istəmirəm. Amma yekun qərarımı yaxın günlərdə verəcəyəm". 

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Sumqayıt"la yollarını ayıran Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib. 

35 yaşlı müdafiəçi bildirib ki, futbolla vidalaşsa, məşqçi kimi fəaliyyətə başlayacaq. Məlikov Azərbaycan Premyer Liqası başlasa da, qərar vermək barədə tələsmədiyini sözlərinə əlavə edib: "Karyeramı ölkə xaricində davam etdirə bilərəm. Hələ ki, fikirləşirəm. Bəlkə Azərbaycan çempionatında oynadım, heç nə bəlli deyil. Karyeramı bitirsəm, məşqçi kimi işləyəcəyəm, bu, dəqiqdir".

Qeyd edək ki, "Sumqayıt" klubu Rail Məlikova əvəzedici komandanın məşqçilər korpusunda yer almağı təklif edib. (report)

Oxşar xəbərlər

"Karyeramı hazırkı klubumda bitirmək istəyirəm" - Ruslan Abışov
""Sumqayıt" mənə daha az maaş təklif edib" - Əmir Ağayev
"Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır” - Rəşad Sadıqov
"Ora futbolçu kimi qayıtmaq istəmirəm" - Səmədov
"Karyeramı Bundesliqada keçirmək istəmirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər