“Səbail”dən 2-ci, “Keşlə”dən 16-cı
Topaz Premyer Liqasının XV turunun “Keşlə” – “Səbail” oyununda böyükhesablı nəticə qeydə alınıb.
Sportfm.az saytı PFL-ə istinadən xəbər verir ki, 0:3 hesabı ilə uduzan meydan sahibləri klub tarixində 16-cı dəfə 3 və ya daha çox top fərqi ilə uduzub. Paytaxt təmsilçisi bunadək 15 matçda böyükhesablı məğlubiyyət almışdı. “Keşlə” öz meydanında 4-cü dəfə ağır yenilgiylə üzləşib. Sonuncu belə hadisə 2017-ci il aprelin 16-da “Qarabağ”la görüşdə yaşanmışdı – 0:3.“Səbail” isə tarixində 2-ci dəfə böyük hesabla qalib gəlib. Hər iki uğuru cari mövsümə təsadüf edən Aftandil Hacıyevin yetirmələrinin belə qələbələri səfərdə əldə olunub.
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 9-cu dəfə böyükhesablı nəticə qeydə alınıb.
Oxşar xəbərlər
“Səbail”ə böyükhesablı zərbə - Premyer Liqa
"Qarabağ" - "Keşlə" matçında rekord qeydə alındı
"Səbail" səfərdə "rekorda" imza atdı
Premyer Liqamızda ilk böyükhesablı nəticə
Mövsümün ən böyük hesabı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları















Misli Premyer Liqası