

Premyer Liqamızda ilk böyükhesablı nəticə
Topaz Premyer Liqasının 2017/18 mövsümünün ikinci yarısında ilk böyükhesablı nəticə qeydə alınıb.
Sportfm.az xəbər verir ki, buna səfərdə “Zirə”nin qapısından 3 cavabsız qol keçirən “Neftçi” imza atıb. Çempionatda komandalardan birinin 3 və ya daha çox top fərqilə qalib gəlməsinə bunadək sonuncu dəfə XIV turda təsadüf olunub. Həmin vaxt “Sumqayıt” “Kəpəz”i, “Qəbələ” “Keşlə”ni 3 cavabsız qolla məğlub edib. 8 turluq fasilədən sonra 2018-ci ilin ilk böyük hesabına səfərdə imza atan “Neftçi” mövsümdə 2-ci dəfə belə qələbə əldə edib. Sonuncu böyükhesablı nəticənin qeydə alındığı “Qəbələ” matçından 133 gün sonra Premyer Liqada belə fərq müşahidə olunub. Arxada qalan 23 turda “Neftçi”, “Zirə” və “Qəbələ” daha çox - hərəyə 2, “Sumqayıt”la “Qarabağ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 8 belə nəticədən dördündə “Kəpəz” uduzubsa, “Keşlə”, “Səbail”, “Zirə” və “Sumqayıt”ın bir uğursuzluğu var.
Qeyd edək ki, “Neftçi” həm də Azərbaycan çempionatlarında ilk dəfə “Zirə”yə qalib gəlib. Bunadək Premyer Liqada keçirilənı 11 matçdan üçündə heç-heçə qeydə alınıb, səkkizində qəsəbə təmsilçisi qələbə qazanıb.
Oxşar xəbərlər
Premyer Liqada mövsümün rekordu
“Səbail”ə böyükhesablı zərbə - Premyer Liqa
Premyer Liqada 31-ci, evdə 20-ci
"Səbail" səfərdə "rekorda" imza atdı
Hamı qol vurdu, "Qəbələ" uduzdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO
-
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Karateçi nazirimiz - FOTOLAR
-
Kökçünün komandası kubokda qalib gəldi
-
Bu dəfə ona Qırğızıstanın yolu göründü - FOTO