"Qarabağ" - "Keşlə" matçında rekord qeydə alındı
Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – “Keşlə” matçı mövsümün rekordu ilə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, meydan sahiblərinin 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşma çempionatın ən məhsuldar oyunudur. Bunadək 4 matçda 5 qol vurulsa da, ilk dəfə azarkeşlər 6 qol izləyib.
“Qarabağ” həm də cari mövsümdə bir oyunda 5 və daha çox qol vuran ilk komanda olub. Bunadək 4 top vuran olsa da, artığını heç bir komanda bacarmamışdı. “Keşlə”nin qapısından 3 top keçirən Mahir Mədətov isə mövsümün ilk het-trikinin müəllifi adını qazanıb.
Ağdam klubu mövsümün ən böyükhesablı qələbəsini də təkrarlayıb. Belə ki, çempionatda 3-cü dəfə 4 top fərqi qeydə alınıb. Bunadək “Neftçi” “Səbail”i, “Səbail” “Sabah”ı 4 cavabsız qolla yenib.
Oxşar xəbərlər
Mövsümün rekordu qeydə alındı
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
“Səbail”dən 2-ci, “Keşlə”dən 16-cı
Premyer Liqamızda ilk böyükhesablı nəticə
“Qarabağ”dan mövsümün rekordu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncəbasar" sponsorluq anlaşması bağladı
-
“Qəbələ” 0–4 “Sabah” - VİDEO
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"Qarabağ" - "Neftçi" matçında bərabərlik, "Sabah"dan qələbə - Premyer Liqa
-
“Qarabağ” və “Neftçi”mükafatlandırdı - 1000-ci oyun
-
"İmişli" minimal hesabla qalib gəldi - Premyer Liqa















Misli Premyer Liqası