reklam
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistanı məğlub etdi
Sportfm.az xəbər saytı

Azərbaycan şahmatçıları Olimpiadada Ermənistanı məğlub etdi


Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.   

Sportfm.az xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5.   

Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.   

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.   

Ermənistan - Azərbaycan - 1,5:2,5   

Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1 

Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1 

Qrant Melkumyan - Arkadi Naydiç - 1:0 

Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5 

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb. 

Oxşar xəbərlər

Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Ümumdünya Şahmat Olimpiadası: yığmamız Çexiya ilə üz-üzə
Şahmatçılarımız növbəti qələbəsini qazandı - Olimpiadada
Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başladıq
Şahmatçılarımız Avropa çempionatında Ermənistan yığmasını məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər