reklam
Şahmatçımız növbəti turda da məğlub oldu
Sportfm.az xəbər saytı

Şahmatçımız növbəti turda da məğlub oldu


İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festivalı davam edir.

Sportfm.az xəbər verir ki, iyulun 24-də Azərbaycan təmsilçisi Arkadi Naydiçin də mübarizə apardığı klassik şahmat üzrə turnirin dördüncü turunun oyunları keçirilib. A.Naydiç növbəti turda polşalı Radoslav Voytaşekə məğlub olub.

Hazırda təmsilçimiz ümumi nəticədə 10,5 xalla beşinci sırada qərarlaşıb. Onun rəqibi olan polşalı şahmatçı isə 20,5 xalla liderdir.

Klassik şahmat yarışı iyulun 29-dək davam edəcək. Blits turniri isə iyulun 25-də təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan şahmatçısı İsveçrədə yer tutdu
Teymur Rəcəbov Dortmunda qələbə qazandı
Şahmatçımız dünya çempionunu məğlub etdi
Yunanıstanda dünya birinciliyi start götürdü
Bizi təmsil edən Naydiç erməniyə uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər