reklam
Azərbaycan idmançısı çıxışı ilə hər kəsi heyrətləndirdi -
Sportfm.az xəbər saytı

Azərbaycan idmançısı çıxışı ilə hər kəsi heyrətləndirdi -VİDEO


Yanvarın 23-də Minskdə fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürüb.

Sportfm.az xəbər verir ki, empionatda Azərbaycan iki idmançı ilə təmsil olunur.

Qadınların yarışında ölkəmizi təmsil edən 15 yaşlı Yekaterina Ryabova qısa proqramda 59,95 balla yeddinci yeri tutub.

Ümumilikdə qısa proqramda 36 idmançı iştirak edib, onlardan ən yaxşı göstəricisi olan 24 nəfər yanvarın 25-də sərbəst proqramda iştirak etmək hüququ qazanıb.

Mütəxəssislər Azərbaycan təmsilçisinin çıxışını gözlənilməz adlandıraraq, onu turnirin favoritlərindən biri kimi qiymətləndiriblər. Bunu tribunaların reaksiyasından da hiss etmək olardı.

Qeyd edək ki, yanvarın 24-də digər Azərbaycan təmsilçisi 17 yaşlı Vladimir Litvinçev kişilərin yarışında öz məharətini göstərəcək.

Oxşar xəbərlər

Azərbaycan təmsilçisi medalsız qaldı - Pekin-2022
Azərbaycan idmançısı Pekində növbəti mərhələyə yüksəldi
4 idmançımızdan uğursuz çıxış - FİASKO
Pekinə vəsiqə qazandıq - Bu dəfə Ryabova
"Azərbaycan vətəndaşı olduğum üçün mənə təzyiq yoxdu" - Vladimir Litvintsev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər