Azərbaycan təmsilçisi medalsız qaldı -Pekin-2022
Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.
Sportfm.az xəbər verir ki, 19 yaşlı idmançı sərbəst proqramda 118,15 xala layiq görülüb.
Ryabova 25 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb. Beləliklə, o, növbəti konkisürənlərin nəticələrindən asılı olmayaraq, ilk "3-lüy"ə düşə bilməyib və medalsız qalıb.
Konkisürən fevralın 15-də qısa proqramda 61,82 xalla 16-cı olub və "25-liy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Oxşar xəbərlər
Azərbaycanın fiqurlu konkisürəni karyerasını niyə bitirdi? - Səbəbini açıqladı
Təmsilçimiz finalda 10-cu yarışacaq - Pekin-2022
Azərbaycanın fiqurlu konkisürəni finalda - PEKİN-2022
Azərbaycan idmançısı Pekində növbəti mərhələyə yüksəldi
Pekinə vəsiqə qazandıq - Bu dəfə Ryabova
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası