Mourinyo UEFA-nı aldadıb! -Özü etiraf etdi
Bir müddət öncə "Mançester Yunayted"dən istefaya göndərilən Joze Mourinyo "beİN Sports" telekanalına geniş müsahibəsində maraqlı fikirlər səsləndirib.
Sportfm.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Çelsi"də işləyərkən 2004/2005 mövsümündə Çempionlar Liqasının 1/4 final mərhələsinin "Bayern Münhen" ilə cavab oyununda UEFA nümayındələrini aldatdığını etiraf edib.
Qeyd edək ki, qitə futbol qurumu turnirin 1/8 finalının "Barselona" ilə cavab matçında (4:2) qeyri-etik hərəkətinə görə Mourinyonu diskvalifikasiya etmişdi. Belədə təcrübəli çalışdırıcı 1/4 final mərhələsinin "Bayern Münhen" ilə hər iki oyununu buraxmalı idi. O, komanda ilə əlaqə saxlaya və paltardəyişmə otağına girə bilməzdi. Yalnız VİP-lojada əyləşməyinə icazə verilmişdi.
Londonda keçirilən oyunda Mourinyonu tribunada görən olmadı. Əvəzində isə köməkçisi Ruy Fariyanın başındakı papaq diqqət çəkmişdi. Sonradan Britaniya mətbuatı onun qulağındakı qadağan olunmuş qulaqcığı gizlətmək üçün papaqda oturduğunu iddia etmişdi. Qapıçı məşqçisi Silvinyo Louro isə tez-te şübhəli şəkildə paltardəyişmə otağına qaçır və kağız parçaları ilə geri qayıdırdı.
"Çelsi" rəsmiləri və Mourinyo uzun müddət səylə bu məsələylə bağlı suallardan yayındılar. Nəhayət, Joze həmin gün olanları "beİN Sports"un canlı efirində açıqlayıb:
"Bəli, mən, həqiqətən, qutuda idim. Bu ideyanın ağlıma necə gəldiyini xatırlamıram. Oyunçularımla birlikdə olmalı idim və bunu etdim. Paltardəyişmə otağına təxminən gündüz saat 12-də gəldim. Oyun isə 19:00-dan tez başlamayacaqdı. Məni heç kim görmədi, paltardəyişmə otağında oturub, komandanın gəlməsini gözlədim.
Amma bir problem var idi: stadiondan necə çıxacaqdım? İnzibatçımız Stüart məni bu böyük metal qutuya qoydu. Qapağı isə bir az açıq saxladı ki, nəfəs ala bilim. Amma Stüart geyinib-soyunma otağından çıxdıqdan sonra UEFA nümayəndələri onun arxasınca getdilər. Onda o, qutunu tam bağladı. Nəfəs ala bilmirdim. Qapağı açanda isə az qala ölürdüm. Tam ciddiyəm".
Oxşar xəbərlər
Bu dəfə onu parislilər hədəf aldı
Mourinyo qərarını verdi - müqaviləsini uzadır
"Paltardəyişmə otağında Ronaldonu çox məyus gördüm” - Luka Modriç
Mourinyo özünə yeni iş tapdı
“Bura gəlsin, nə qədər pul istəsə, verəcəm” - “Benfika”nın prezidenti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku














Misli Premyer Liqası