Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu dəfə onu parislilər hədəf aldı
Ötən mövsüm “Roma” ilə UEFA Konfrans Liqasının qalibi olan və bu mövsüm Avropa Liqasında yarımfinala yüksələn Joze Mourinyo PSJ-nin radarına düşüb.
Sportfm.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Kristofer Qaltye ilə davam etmək istəməyən PSJ, növbəti mövsümdə komandanın başına Joze Mourinyonu gətirmək istəyir.
Xəbərdə, Mourinyo ilə birbaşa görüş olmadığı, onun nümayəndəsi Xorxe Mendeşlə əlaqə saxlandığı bildirilib.
Joze Mourinyo “Roma” ilə 103 rəsmi oyunda 53 qələbə, 21 heç-heçə və 29 məğlubiyyət əldə edib. Oynadığı matçlarda 180 xal toplayan təcrübəli çalışdırıcı hər oyuna orta hesabla 1,75 xal toplayıb.
Oxşar xəbərlər
Joze Mourinyo PSJ ilə bağlı iddiaları təkzib etdi
"Müqavilələr ən önəmli şey deyil" - Joze Mourinyo
Mourinyo qərarını verdi - müqaviləsini uzadır
Mourinyo "Roma"da - RƏSMİ
Bədxərc Mourinyo
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası