reklam
Azərbaycan basketbolçuları üsyan etdilər -
Sportfm.az xəbər saytı

Azərbaycan basketbolçuları üsyan etdilər -Rəhbərliyin dəyişməsini istəyirlər


Ötən gün Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə ölkə çempionatının ikinci turunun oyunları başlamalı idi.

Sportfm.az xəbər verir ki, saat 11:00-da meydançaya ilk oyunda üz-üzə gələcək komandalar - "80-lər" və ADNSU çıxdılar. Lakin oyunun başlaması üçün hakimin fiti səslənəndən dərhal sonra komandalar meydançanı tərk etdilər.

Sportfm.az saytı virtualaz.org-a istinadən bildirir ki, buna səbəb milli çempionatda iştirak edən basketbolçuların Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi dəyişənə qədər yarışları boykot etmək qərarıdır. Federasiyanın rəhbəri Nadir Nəsibovdur.

Ölkənin aparıcı klublarından biri olan NTD-nin prezidenti Bəhram Abdinov deyir ki, Azərbaycan basketbolu olduqca aşağı səviyyədədir və nəhayət ki, nəyisə dəyişməyin vaxtı çatıb.

"Azərbaycanın yığma komandaları rəsmi yarışlarda iştirak etmirlər. Azərbaycan çempionatı tənəzzüldədir. Sponsorlar federasiya rəhbərliyinin üzündən köməkdən imtina edirlər. Nadir Nəsibova nə qədər hörmətim olsa da, getmək vaxtıdır. Federasiyaya 20 il rəhbərlik etmək çox böyük müddətdir. Köklü dəyişikliklər lazımdır. Biz Gənclər və İdman Nazirliyindən və Milli Olimpiya Komitəsindən məsələyə müdaxilə etməyi və basketbol federasiyasının rəhbərliyinin dəyişdirilməsi məsələsi ilə məşğul olmağı xahiş edirik", - B.Abdinov bildirib.

Onun bu fikirlərini Azərbaycanın digər məşhur basketbol klubu olan AzTOP-un prezidenti Bəbir Əhmədov da dəstəkləyib.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqası başladı
Azərbaycandakı federasiyasının prezidenti videokonfransda iştirak etdi - FOTO
Basketbol Federasiyasının yeni prezidenti seçildi - FOTO
Boykotçular martın sonunda turnir təşkil edəcək
“Təhsil liqaları”na start verildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər