“Təhsil liqaları”na start verildi -FOTO
Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Kompleksində basketbolçulardan ibarət komandalar arasında 2017-2018-ci il üzrə “Təhsil liqaları”na start verilib.
Sportfm.az xəbər verir ki, 13 (U-13) və 15 yaşadək (U-15) komandalar arasında təşkil edilən “Təhsil liqaları”nın keçirilməsinin məqsədi yaş qrupları üzrə ən yaxşı basketbolçuların aşkarlanması, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsidir.
Təhsil Nazirliyi, Azərbaycan Basketbol Federasiyası və idman ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri açılış mərasimində basketbol idman növünə uşaq və yeniyetmələrin cəlb edilmələri, istedadlı idmançıların aşkara çıxarılmaları baxımından liqaların əhəmiyyətindən danışılıb. Həmçinin belə uşaq-gənclərin idmana maraqlarının artmasında tədbirlərin müsbət rolu vurğulanıb.
Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu və solistlər çıxış ediblər.
Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır.
Oxşar xəbərlər
Respublika çempionatı başladı - 5 gün davam edəcək
Boks üzrə açıq birincilik başa çatdı
Cüdo üzrə respublika birinciliyinin qalibləri mükafatlandırıldı - FOTO
Təhsil Nazirliyi yüksək nəticə göstərən məşqçiləri və idmançıları mükafatlandırdı - FOTOLAR
“Vətən”in məşqçisi Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası