Telman Həsənov:"Biz avropalılara futzalı necə oynadığımızı sübut etdik"
İsveçin Höteborq şəhərində futzal üzrə turnir keçirilib.
Sportfm.az saytına verilən məlumata görə, yarışda ölkənin müxtəlif şəhərlərini təmsil edən 7 komanda ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılardan təşkil edilən kollektiv də mübarizə aparıb. Heyətində sabiq futzalçı Telman Həsənovun da yer aldığı Azərbaycan komandası bütün rəqiblərini arxada qoyaraq qızıl medalları qazanıb. Bu barədə saytımıza danışan Həsənov İsveçdə ölkəmizi laiqincə təmsil etdikləri üçün qürur duyduğunu söyləyib:"Gözəl və maraqlı turnir idi. Güclü komandalar iştirak edirdi. Ancaq, biz avropalılara futzalı necə oynadığımızı sübut etdik(gülür). Heyətimiz sırf azərbaycalılardan qurulmuşdu. Uşaqlar əla oyun nümayiş etdirdi. Mənim 7 yaşlı oğlum Rüfət də hazırda futbolla məşğul olur. O, "Fənər" komandasında Azər Cabbarov və Hüseyn İsgəndərovun rəhbərliyi altında məşq edir. Qabında nəsə var. İinanıram ki, gələcəkdə adından söz etdirəcək".
Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu Yalçın Bağırov və "Neftçi"nin veteranı Valeh Qafarov da İsveçdə yaşayır.

Oxşar xəbərlər
İdmançımz beynəlxalq turnirin qalibi oldu - Uğur
Milan Obradoviç: "Yaxşı istirahət etməli..."
Həmyerlimiz Avropa klubunda çalışa bilər - EKSKLÜZİV, FOTO
“Yüksək səviyyədə” keçən çempionatın antirekordları - YAZI
“Atam vətəndə iş tapa bilmədiyi üçün buraya gəlməli olduq”... MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası