reklam
“Atam vətəndə iş tapa bilmədiyi üçün buraya gəlməli olduq”...
Sportfm.az xəbər saytı

“Atam vətəndə iş tapa bilmədiyi üçün buraya gəlməli olduq”...MÜSAHİBƏ


Son illər futzal üzrə ölkə çempionatının istənilən səviyyədə olmaması öz sözünü deməyə başlayıb. Düzdür, futzal yığmamızın Avropa çempionatında uğurlu çıxışı və dünya çempionatına vəsiqə qazanması diqqətləri bu idman növünə yönəldib. Ancaq bir çox mütəxəssislərin fikrincə, yığmamızın heyətində əsasən milliləşdirilmiş futzalçıların yer alması bu idman növünü ölkəmizdəki gələcəyimizi təhlükə altına alır. Belə olan təqdirdə, nəzərlər yetişən kiçikyaşlı futzalçılara yönəlir. Sportfm.az saytı ölkə xaricində çıxış edən kiçikyaşlı İlham Qəmbərovla söhbətləşib. 
-İlham futzalla nə vaxtdan məşğul olursan?
-Əvvəlcə mən böyük futbolla məşğul olmuşam. Bakıda yaşayanda Şahin Şahhüseyninin rəhbərliyi altında məşqlərə başlamışam. Sonra bir müddət "Qarabağ” klubunda çıxış etdim. Kanadaya gəldikdən sonra isə futzala yazıldım. 
-Orada niyə məhz futzalı seçdin və ”Toronto” klubuna keçidin necə alındı?
-Burada havalar əsasən soyuq keçdiyi üçün qapalı komplekslərdə futzalla məşğul olanların sayı çoxdur. Biz buraya gəldikdən sonra "Toronto” futzal klubunun oyunçu seçimləri olduğunu öyrəndik və qatılmağı qərara aldıq. Baxışdan uğurla keçərək klubla müqavilə imzaladıq. 
-Klubla müqavilə necə illikdir?
-Burada hər kəslə bir illik müqavilə imzalanır. Sonra klub rəhbərliyi razı qaldığı oyunçu ilə müqavilənin müddətini uzadır. Klubun mükəmməl infrastrukturu var.
-İlham səndən başqa klubda azərbaycanlı futzalçı varmı?
-Bəli, klubun 12 yaşlılardan ibarət komandasında mənim böyük qardaşım Əli çıxış edir. Biz buraya ailəmizlə birlikdə gəlmişik. Baş məşqçimiz uruqvaylı Roy Blançdır. Atam Elnur Qəmbərov(P.S. Azərbaycan yığmasının və "Araz” klubunun sabiq üzvü, "Xəzər Adaları” komandasının sabiq baş məşqçisi) isə hazırda klubda məsləhətçi işləyir. Sentyabr ayında burada futzal çempionatı start götürəcək. Komanda yoldaşlarım arasında portuqaliyalı, italiyalı, uruqvaylı və kanadalılar yer alır. 10 yaşlılardan ibarət futzal çempionatının ən yaxşı oyunçulardan biri Matteoda bizim klubun şərəfini qoruyur. 
-Gələcəkdə Azərbaycan yığmasında çıxış etmək istəyin varmı?
-Təbii ki, mən bunu çox istəyirəm, ancaq Azərbaycanda ilin məşqçisi seçilən atam vətəndə iş tapa bilmədiyi üçün buraya gəlməli olduq. Ona görə indidən nəsə deyə bilmərəm. 
 

Oxşar xəbərlər

Ramil Quliyev: "Azərbaycan yığmasının şərəfini qorumaq istəyirəm" - EKSKLÜZİV
Yığmamızın sabiq üzvü Rusiya çempionatında çıxış edə bilər - ÖZƏL
Yaxını seçib uzaqlara gedən braziliyalı Bakıya necə alışıb? - VİDEO (LAYİHƏ)
Futzal Assosiasiyasının prezidenti:“Yerli futzalçılara güvənmək lazımdır”
"Burada hamı "Neftçi"nin adını çəkir"... MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər