reklam
“Yüksək səviyyədə” keçən çempionatın antirekordları - YAZI
Sportfm.az xəbər saytı

“Yüksək səviyyədə” keçən çempionatın antirekordları - YAZI


AFFA İcraiyyə Komitəsinin yeni üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Hesabat Konfransından sonra keçirdiyi brifinqdə maraqlı fikirlər səsləndirib. Qurum rəsmisi Azərbaycanda futbolun inkişafı üçün əllərindən gələni edəcəklərini, əsas məqsədlərinin futbolumuzun dünya miqyasına qaldırmaq olduğunu bildirib. Futzaldan da danışan Axundov hər bir klubun futzal komandasının olmasını məqsədəuyğun hesab etdiyini qeyd edib. Azərbaycanda futzalın səviyyəsinin aşağı düşməsinə imkan verməyəcəyini deyən Zaur bəy millimizin dünya reytinqində ilk "10-luq”da olduğunu xatırladıb. AFFA-nın futzala lazım olan dəstəyi verdiyini vurğulayan federasiya prezidenti çempionatın yüksək səviyyədə keçdiyini diqqətə çatdırıb. Ancaq təəssüflər olsun ki, bu belə deyil. Yüksək Liqa adlanan futzal üzrə ölkə çempionatında cəmi 7 komanda mübarizə aparır. Mövsümün əvvəlində püşkatmada iştirak edən "Tərtər” klubu yarış başlamadan oynamaqdan imtina edib. Bütün komandalar Bakını təmsil edir. "Olimpik” adlanan kollektiv Şirvan təmsilçisi kimi qeyd olunsa da, bu qətiyyən belə deyil, oyunlarını paytaxtımızda keçirən autsayder dünya futzalında antirekorda doğru gedir. 7 komandanın iştirakı ilə təşkil olunan turnir KİV üçün heç bir maraq kəsb etmir, ölkəmizdə populyar idman növlərindən biri hazırda tənəzzül dövrünü yaşayır və bu gedişlə futzalı çimərlik futbolunun aqibəti(artıq üç ildir bu idman növü üzrə ölkə çempionatı keçirilmir) gözləyir. 
Aşkar favorit olan və yığmanın üzvlərindən təşkil edilən "Araz” klubu arxada qalan 14 görüşdə, 14 qələbə qazanıb! Yuxarıda adıçəkilən "Olimpik” isə 14 matçın hamısında məğlub olub. Antirekorda gəlincə, qapısından 252 top buraxan "şirvanlılar”, "Araz”la görüşdə 41:0 hesabı ilə yenilib. Varlığı ilə yoxluğu bilinməyən bəzi dırnaqarası klublar bəzən oyunlara belə çıxmır. Baş tutan matçlarda böyük, ağlasığmaz hesablar qeydə alınır. Braziliyalıların ümidinə qalan yığmamızın üzvləri yalnız "Araz”ın heyətində çıxış edir(yığmanın son toplanışına digər 2 klubun futzalçıları dəvət edilmişdi, ancaq onların rəsmi oyunlarda meydana çıxmaq şansları sıfıra bərabərdir). Hakim özbaşnalığı, aşağı səviyyədə təşkilatçılıq, heç bir klubun aşağı yaş qruplarının olmaması və digər amillərə isə toxunmaq istəmirəm. Aşağıda Yüksək Liqanın turnir cədvəli və son turun matçlarında alınan nəticələri görə bilərsiniz. 

Araz Əhmədov
 



Oxşar xəbərlər

Futzalımızda daha bir qalmaqalın təməli qoyulur - ÖZƏL
Heç kimin şans vermədiyi "körpə uşaq", qızıl medalları necə qazandı? (LAYİHƏ)
Futzal Assosiasiyasının prezidenti:“Yerli futzalçılara güvənmək lazımdır”
"Neftçi" növbəti qələbəsini qazandı
Ağır Atletika federasiyasına yeni prezident seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər