Matç zamanı himnin yerinə “Nu pogodi”dən mahnı səsləndi -VİDEO
Norveçdə MECA Hockey Game xokkey turnirində Belarusun himni yerinə təşkilatçılar bir çoxlarının "Nu pogodi" cizgi filmindən tanıdığı "Kosil Yas klever" mahnısını qoşublar.
Sportfm.az xəbər verir ki, oyundan əvvəl idmançılar adəti üzrə iki sıraya düzülüb iştirakçı ölkələrin himnlərini dinləyirlər.
Buz meydançasının üzərində quraşdırılan kubşəkilli böyük ekranda Belarus bayrağı görünüb, lakin himnin yerinə "Kosil yas klever" səslənib.
Bu zaman norveçlilər - heç vaxt eşitmədikləri Belarusun şən himninə təəccübləniblər. Qonaq belaruslar isə nəyə görə bu mahnının səslənməsini anlaya bilməyiblər.
Hadisəni telefonlarının yaddaşına həkk edən belaruslu azarkeşlər də heç nə anlamayıblar. Bu şən mahnının təşkilatçıların musiqi arxivinə necə düşməsi tapmaca olaraq qalır.
Hər iki komanda mahnını sakitcə dinləyib. Oyundan sonra belaruslardan rəsmi olaraq üzr istənilib.
Matçın özünə gəldikdə, Norveç yığması Belarusu 6-1 hesabı ilə məğlub edərək qalib gəlib.
Videonu izləmək üçün şəklə klikləyin:
Oxşar xəbərlər
Rusiya bayrağı və himni Olimpiadada qadağan edilsin - TƏKLİF
Norveç millisi texniki məğlubiyyət aldı - Millətlər Liqası
Emil Balayevin transferi baş tutmadı
Azərbaycanlı müğənni "Qalatasaray"a çağırış etdi - VİDEO
"Qarabağ"ın matçından sonra italyan azarkeşlər döyüldü - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR















Misli Premyer Liqası