AFFA prezidenti: Maraqlı oyunların şahidi olacağımıza əminəm
"İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var.
Sportfm.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun saytına açıqlamasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.
Federasiya rəhbəri Azərbaycan millisinin müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində bu komandalarla qarşılaşdığını söyləyib: "Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. AVRO-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.
Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.
Oxşar xəbərlər
AFFA rəhbəri futzalçıları təbrik etdi - "Milli komandamıza uğurlar arzu edirəm”
Final mərhələsinin püşkü Buxarestdə atılacaq
Azərbaycan futbolunda yenilik olacaq
Rövnəq Abdullayev: ""Qarabağ" da Avropa Liqasının finalına yüksəlmək şansına malikdir"
Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası