reklam
Baloğlan Əşrəfov
Sportfm.az xəbər saytı

Baloğlan Əşrəfov "Qarabağ"ı tənqid etdi:"Niyə gedib iki kilometr uzaqdan oyuna baxmalıyam? "


Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov Avropa Liqasının qrup mərhələsində 5-ci tur çərçivəsində keçiriləcək "Qarabağ" - "Sportinq" oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsini tənqid edib. 

Sportfm.az xəbər verir ki, əməkdar artist ölkə.az-a açıqlamasında bildirib ki, oyunu BOS-da canlı izləməkdənsə, televizorda baxmaq daha maraqlıdır:

"Bakı Olimpiya Stadionunda gedən oyuna baxmaqdansa, televizorun qarşısında oturub yaxından oyunçuları görmək daha şərəflidir. 

Hamı bilir ki, oyunlara stadiondan baxan müğənnilərdənəm. Digər stadionlarda tribunayla meydança çox yaxındır, oyuna da baxanda ləzzət alırdım. 

Niyə gedib iki kilometr uzaqdan oyuna baxmalıyam? Bakı Olimpiya Stadionunda çıxış edən komanda öz meydanında oynamağını da hiss etmir. 

Elə bil başqa yerdə oynayır. Komanda o hissi, həyəcanı tamaşçıdan ala bilmir". 

Oxşar xəbərlər

Mənsimov hansı müğənniyə 500 min manat xərclədi?
"Qarabağ" hər matçına 30 min azarkeş! - Avropa Liqası
"Qarabağ" - "Sportinq" matçının hakimləri müəyyənləşdi
Bakı Olimpiya Stadionunda bir ilk
"Qarabağ" Avropa Liqasının oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər