""Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir" -Slavko Braliç
“Neftçi”nin müdafiəçisi Slavko Braliç müsahibə verib.
Sportfm.az xəbər verir ki, xorvatiyalı futbolçu Topaz Premyer Liqası və azarkeşlərlə bağlı sualları da cavablandırıb.
- Hazırda komanda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdir?
- Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.
- Özünüzü "Neftçi”də necə hiss edirisiz?
- Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.
- Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?
- Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.
- Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?
- Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir.
- Növbəti rəqib "Sabah” haqda nə deyə bilərsiz?
- Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.
- Azarkeşlərimiz komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsizmi?
- Əlbəttə! "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.
Oxşar xəbərlər
"Özümü 30 yaşımda hiss etmirəm" - Emin Mahmudov
"Komanda yoldaşlarıma təşəkkür edirəm" - “Neftçi”nin futbolçusu
"Hələ belə qol vurmamışdım" - Baqali Dabo
Emin Mahmudov:"Yeni baş məşqçimizi daha yaxşı tanımalıyıq"
İlqar Qurbanov: "Millidə mənim kimi futbolçuya ehtiyac var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası