reklam
Sportfm.az xəbər saytı

"Boka Xuniors" finalda


Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadoresdə ikinci finalçı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yarımfinal matçında Braziliyanın "Palmeyras" klubu doğma meydanda "Boka Xuniors"u qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Bu komandalar arasında keçirilən ilk oyun "Boka Xuniors"un 2:0 hesablı qələbəsi ilə başa çatdığından Argentina təmsilçisi finala vəsiqə qazanıb.

"Boka Xuniors" finalda əzəli rəqibi "River Pleyt"lə üz-üzə gələcək. Bu isə Libertadores kuboku tarixində bir ilkdir. Belə ki, kubokun tarixində ilk dəfə Buenos Ayres təmsilçiləri üz-üzə gələcək.

"Superklasiko" oyunları 7 və 29 noyabr tarixlərində baş tutacaq.

"Palmeyras" - "Boka Xuniors" 2:2

Qollar: Luan, 53, Qustavo Qomes, 61 (pen) - Ramon Avila, 17, Dario Benedetto, 70

Oxşar xəbərlər

"River Pleyt" əzəli rəqibini çempion etdi
"Qarabağ" pul versəydi, transferim baş tutacaqdı" - "Boka Xuniors"un futbolçusu
Super Liqa çempionu məlum oldu - VİDEO
"River Plate" Libertadores Kubokunun qalibi oldu
"Barselona" kubok qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər