Libertadores Kubokunun final oyunu təxirə salındı -VİDEO
Libertadores Kubokunda "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçirilməli olan finalın cavab görüşü iki dəfə təxirə salınıb.
Sportfm.az xəbər verir ki, qarşılaşma bazar gününə keçən gecə Bakı vaxtı ilə saat 24:00-da başlamalı idi.
Lakin azarkeşlərin "Boka" futbolçularının olduğu avtobusa hücumu ilə əlaqədar start fitinin səsləndirilməsini əvvəlcə 1 saat, sonra isə daha 15 dəqiqə ertələmək lazım gəlib.
İnsident zamanı polis gözyaşardıcı qazdan yararlanaraq, fanatları sakitləşdirməyə cəhd edib. Lakin bundan "Boka"nın futbolçuları Pablo Peres, Leonardo Xara, Mauro Sarate, Karlos Teves və Auqustin Almendru da zərər çəkiblər. Klub nümayəndələri onların görüşdə iştirak edəcək durumda olmadıqlarını bildiriblər.
Yekunda isə qarşılaşmanın bir sutka sonra təşkilinə qərar verilib. Bu gün Buenos-Ayresdəki "Monumental" stadionunda keçiriləcək görüş saat 24:00-da başlanacaq. İnsidentə baxmayaraq, oyuna azarkeşlər də buraxılacaq.
İki komanda arasında noyabrın 11-də "Alberto Armando" stadionunda keçirilmiş ilk matçda qalib müəyyənləşməyib - 2:2.
Oxşar xəbərlər
Kubok oyunu təxirə salındı – Maradonaya görə
Super Liqa çempionu məlum oldu - VİDEO
"River Plate" Libertadores Kubokunun qalibi oldu
Libertadores Kubokunda final oyununun vaxtı müəyyənləşdi
"Boka Xuniors" finalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası