reklam
Millimiz dünya çempionatını bürünc medalla başa vurdu -
Sportfm.az xəbər saytı

Millimiz dünya çempionatını bürünc medalla başa vurdu -FOTO


Birləşmiş Ərəb Əmirliyinin Fucairah şəhərində keçirilən taekvondo üzrə komandalararası dünya çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, çempionatda iştirak edən Azərbaycanın böyüklərdən ibarət yığma komandası yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Bərabər səviyyədə keçən görüşdən Rusiya komandası qalib ayrılaraq finala yüksəlib. Meksika və Bakıda təşkil olunmuş dünya kuboku və komandalararası dünya çempionatında qalib olan millimiz bu yarışı bürünc medalla başa vurub.

Finalda isə Rusiya və İran taekvondoçuları üz-üzə gəliblər. Çempionatın qalibi İran millisi olub.

Komandamız yarışda baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə çıxış edib.

Oxşar xəbərlər

Tiranada 6 medal - Albaniya çempionatı
Taekvondoçumuz İslamiadada bürünc medal Qazandı
Taekvondoçularımız beynəlxalq turnirdə səkkiz medal qazandı - FOTO
Yığmamız "Turkish Open"də 6 medal qazandı
Azərbaycan millisi dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər