Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçimiz dünya çempionatının finalında
Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində yarışan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib.
O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.
Qeyd edək ki, daha öncə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Bu gün 3 sərbəst güləşçimiz çıxış edəcək - Dünya çempionatı
Son 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Güləşçilərimiz dünya çempionatında beşinci oldu
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası