reklam
Bu gün 3 sərbəst güləşçimiz çıxış edəcək -
Sportfm.az xəbər saytı

Bu gün 3 sərbəst güləşçimiz çıxış edəcək -Dünya çempionatı


Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində Kim Sonqvonla (Cənubi Koreya) üz-üzə gələcək.

74 kq-da Turan Bayramov 1/16 finalda Miroslav Kirovu (Bolqarıstan) sınağa çəkəcək.

92 kq-da yarışan Osman Nurməhəmmədov isə 1/8 finalda Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Oxşar xəbərlər

Hacı Əliyev yarımfinala yüksəldi - Dünya çempionatı
2 güləşçimiz dünya çempionatı ilə vidalaşdı
Daha iki qadın güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
5 yunan-Roma güləşçimiz medal qazana bilər - Avropa çempionatı
Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər