Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futzal Assosiasiyasının prezidenti:“Yerli futzalçılara güvənmək lazımdır”
Hazırlıq matçları keçirmək üçün paytaxtımızın qonağı olan futzal üzrə Moldova yığması hər iki görüşdə millimizə yenildi. Rəqibin heyətində bizdən fərqli olaraq, "gəlmələr” çıxış etmirdi. Moldova Futzal Assosiasiyasının prezidenti, UEFA-nın Futzal Komitəsinin üzvü Aleksandru Burlaku ilə söhbətə məhz bu məsələyə toxunmaqla başladıq.
- Sizin yığmanın heyətində deyəsən brazliyalılar yoxdur?
- Bilirəm, bu bir qədər təəccüblü gəlir. Çünki indi demək olar ki, bütün yığmaların heyətində "gəlmələr”, əsasən braziliyalılar çıxış edir. Biz bundan imtina etmişik.
- İmtinanın səbəblərini öyrənmək olar?
- Əlbəttə, birincisi onları dəvət etmək üçün külli miqdarda vəsait lazımdır. Bizdə o pul yoxdur, olsa belə mən qətiyyən bunun əleyhinəyəm. Onlar gəlib burada 3-5 ilə xeyli pul qazanacaq, biz həmin maliyyəni uşaq futzalının inkişafına yönəldə bilərik. Qoy gəlsinlər, klublarda ustalıqlarını nümayiş etdirsinlər, yığmada isə öz uşaqlarımız oynamalıdır.
- Ümumiyyətlə, necə düşünürsünüz, Avropa futzalını braziliyalılardan "təmizləmək” mümkündürmü?
- Siz təsəvvür edirsiniz artıq Avropanın aparıcı futzal komandalarında braziliyalıların sayı 65 faizə barəbərdir. Bu çox dəhşətli rəqəmdir. Axı futzalı təkcə onlar oynamır. Bəli, onlar ilkin mərhələdə kömək edir. Ancaq bu çıxış yolu deyil. Yavaş-yavaş yerli futzalçılara güvənmək lazımdır. Yaxşı yadımdadır, bir müddət önsə Azərbaycanda Rusiyadan gələn adlı-sanlı, yaşlı futzalçılar top qovurdu. Onların sizin yerli oyunçuların inkişafında çox böyük rolu oldu.
- Bügün yığmanız yaxşı təsir bağışlamadı(müsahibə Moldovanın 6:1 hesablı məğlubiyyətindən sonra alınıb – red.)!
- Biz Bakıya tam heyətlə gəlməmişik. Azərbaycana ancaq Moldova çempionatında özünü yaxşı tərəfdən göstərən futzalçılar dəvət olunub. Yığmamızın əsas üzvləri Rumıniya birinciliyində mübarizə aparan klublarda oynayır. Onlar Moldova yığmasının aparıcı oyunçularıdır. Ancaq təbii ki, baş məşqçi belə matçlarda yeniləri mütləq yoxlamalıdır. Bu görüşlər məhz onun üçündür.
- Moldova çempionatında rəqabətdən danışmaq olarmı, məsələn, bizim Yüksək Liqada belə bir şey mümkün deyil!
- Bizim yerli çempionat çox maraqlı keçir. Bunu təkcə mən demirəm, xaricdən gələn mütəxəssislərdə bu faktı təsdiqləyir. Bizdə Yüksək Liqada 8 kollektiv mübarizə aparır. Onlardan 2-3 komanda hər mövsüm çempionluq uğrunda yarışır. Biz turnirdəki rəqabətdən çox razıyıq.
Söhbətləşdi: Araz Əhmədov
Oxşar xəbərlər
Yığmamızın sabiq üzvü Rusiya çempionatında çıxış edə bilər - ÖZƏL
Şevçenkoya qarşı oynayan azərbaycanlını futboldan nə küsdürüb? (LAYİHƏ)
90-ları görüb bu günü düşünən və gələcəyə proqnoz verən Marat Salyanski (LAYİHƏ)
Futzal yığmamızın baş məqşçisi:"Final mərhələsinə vəsiqə qazana bilməyəcəyik!"
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir? - PROBLEM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası