Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Burada hamı "Neftçi"nin adını çəkir"...MÜSAHİBƏ
Son illər Azərbaycan futbolunda legionerlərin yığmalarımıza dəvət olunması məsələsi gündəmi zəbt edib. Artıq aşağı yaş qrupları üzrə millilərimizdə belə, legioner gəncləri görmək mümkündür. Ancaq unutmaq lazım deyil ki, xaricdə, xüsusəndə Rusiyada bir çox yeniyetmə istedadlı azərbaycanlı futbolçu top qovur. Sadəcə olaraq onları üzə çıxarıb, tapmaq lazımdır. Belə futbolçulardan biri, hazırda Sankt-Peterburq şəhərinin "Zvezda” klubunun şərəfini qoruyan, hücumcu Rəsul Məmmədovdu. 17 yaşlılardan ibarət yığmamızın(2000-ci il təvəllüdlü) Gürcüstanda keçirilən son toplanışına dəvət olunan forvard Sportfm.az saytının baş redaktoru Araz Əhmədovun suallarını cavablandırıb.
-Rəsul, futbola gəlişin necə olub?
-Baxmayaraq ki, mən Sankt-Peterburq "Zvezda”sının formasını daşıyıram, özüm Petrozavodsk şəhərində (A.Ə. RF-nın Kareliya Respublikasının paytaxtı) yaşayıram və futbola orada başlamışam. İlk məşqçim UGİM7-də çalışan Vladimir Alekseyeviç Yerşov olub. O, mənə çox şey öyrədib.
-Bildiyimə görə, Petrozavodskla Sankt-Peterburqun arası 500 km-ə yaxındır, necə oldu ki, "şimal paytaxtı"nın komandasında oynamağa başladın?
-Ötən il biz UGİM7-nin tərkibində Sankt-Peterburqda keçirilən turnirə qatıldlıq. Həmin turnirdə özümü yaxşı tərəfdən göstərə bildim. Eyni yarışda iştirak edən "Zvezda”nın 16 yaşlılardan ibarət komandasının baş məşqçisi Semyon Leonidoviç Yemelyançev mənim oyunumu bəyənib kluba dəvət etdi.
-Və "Zvezda”da çıxış etdiyin ilk mövsümdə bombardir oldun.
-Bəli. Heç özüm bilmirəm bu necə alındı(gülür).Təbii ki, bunda komanda yoldaşlarımın rolu böyükdü. Onların ötürmələri olmasa mən bunu bacarmazdım. Yemelyançev mənim inkişaf etməm üçün böyük əmək sərf edir.
-17 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi Rafiq Mirzəyevin dəvətini necə qarşıladın?
-Buna çox sevindim. Həyatda ən böyük arzularımdan biri yığma komandamızın şərəfini qorumaqdır. Mənə belə bir şans verdikləri üçün yığmamızın rəhbərliyinə təşəkkür edirəm. Artıq Tbilisidə keçirilən görüşdə(A.Ə. 1-3) millinin heyətində meydana çıxmışam. Təbii ki, ilk matç olduğu üçün biraz həyəcan var idi. Gələcək toplanışlarda üzərimdə çox çalışıb, ümidləri doğrultmağa çalışacam.
-Bəs, digər arzuların nədir, bilmək olar ?
-Ən böyük arzum "Real” Madridin formasını daşımaqdır. Gələcəkdə nə vaxtsa Azərbaycana getsəm "Neftçi”nin heyətində çıxış etmək istəyirəm. Bu klubu çox sevirəm.
-Niyə məhz "Neftçi”? Bildiyin kimi, bu klubun hazırki durumu ürəkaçan deyil!
-Bəli, bilirəm. Ancaq düşünürəm ki, bu müvəqqətidir. Azərbaycan futbolunu "Neftçi” ilə tanıyıblar. Burada olan mütəxəssislər hamısı məhz "Neftçi”nin adını çəkirlər. "Neftçi” bizim futbol tariximizdir.
-Rəsul indiki gənc futbolçulara verilən ənənəvi suallardan biri Ronaldu, yoxsa Messidir!
-Bu məsələdə mən qətiyyətlə portuqaliyalının adını çəkə bilərəm. Ronaldu dahi futbolçu olmaqla yanaşı, həmdə lider xüsusiyyətlərinə malik bir futbolçudu. İstər klubda, istər yığmada o bunu sübuta yetirib.
Bakı-Tbilisi-Bakı

Oxşar xəbərlər
"Neftçi" "Srvena Zvezda"ya böyük hesabla məğlub oldu - "Matç TV" turniri
"Neftçi"nin “Matç TV” turnirdə iştirakı dəqiqləşdi
“Neftçi”nin oyunlarının təqvimi açıqlandı - Beynəlxalq turnir
Aleksandr Çertoqanov: “Təəssüflər olsun ki, o karyerasını tez bitirməli oldu"
“Xəzər Lənkəran” bərpa olunarsa, geri dönərəm...ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası