reklam
Sportfm.az xəbər saytı

"Buna necə dözmək olar?" -Nazim Süleymanov


"Əgər ilk hissədə komanda qol buraxmırsa, hesab bərabərdirsə və fasilədən sonra 4 qol buraxıb, bir qırmızı vərəqə alırsa, buna necə dözmək olar? Belə şeylərə insan biganə qala bilərmi? Səhhətimlə bağlı rəhbərlik və Müşahidə Şurası ilə danışdım. Komandanın xeyri üçün belə bir qərar verdim. Yeni baş məşqçinin gəlişi daha yaxşı olar".

Sportfm.az xəbər verir ki, bu sözləri açıqlamasında "Sumqayıt"dan ayrılan Nazim Süleymanov deyib. 53 yaşlı mütəxəssis istefası barədə danışıb:

"11 oyuna 5 qırmızı vərəqə nədənsə xəbər verir. Səhhətimlə bağlı fikirləşdim və komandanın uğuru üçün yeni baş məşqçinin gəlişinin yaxşı variant olduğunu düşündüm. Komanda 3-cü yerdə gedəndə hamı uğurlu çıxışdan danışırdı. Futboldur, enişlər də olur. Bu qədər səhvlər buraxmaq olmaz. Dünənki oyundan sonra fikirləşdim və bu gün qərarımı verdim". (sportal.az)

Oxşar xəbərlər

Şahin Diniyev üsyan etdi: "VAR-a baxılmır"
"Keşlə"də hər artıq çəkiyə görə cərimələr var" - Yunis Hüseynov
"Şkupi"nin baş məşqçisi: "Rəqibin güclü orta xətti var"
"Futbolçuların maaşını verə bilmiriksə, ot örtüyünü necə dəyişək?"
"Qvardiolanı da gətirsən, xeyri yoxdur” - "Neftçi"nin hücumçusu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər