Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Futbolçuların maaşını verə bilmiriksə, ot örtüyünü necə dəyişək?"
"Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Çalışdıq ki, qol buraxmayaq”.
Sportfm.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Qarabağ”la oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
- Qarşıdan bizim 12 oyunumuz var. Ağır oyunlar olacaq. Yeni oyunçulara gəlincə, Madonun artıq çəkisi var. Yəqin ki, "Qəbələ” ilə oyunda meydanda olacaq. Digər oyunçular mənim çox xoşuma gəldi.
- Qırmızı vərəqə epizodu haqda nə deyə bilərsiniz?
- Bu barədə heç bir şərh vermək istəmirəm. Məncə, bu sualı qarşı tərəfə versəniz daha yaxşı olar. Hakimlikdə səhvlər onsuz da var. Biz danışsaq da, danışmasaq da, onsuz da var. Əgər qırmızı vərəqə verilibsə, deməli, var.
- Ot örtüyü bir çox futbolçunu uzun müddət futboldan edib. Bunun sizin oyuna nə kimi təsiri var?
- Məni ot örtüyü yox, maliyyə durumu düşündürür. Biz futbolçuların maaşını verə bilmiriksə, ot örtüyünü necə dəyişək?
Oxşar xəbərlər
"Onun meydana daxil olması futboldan çox, insani yanaşma idi" - Şahin Diniyev
"Zirə" bərabərə qaldı, Rəşad Sadıqov yenə hakimləri günahlandırdı
“Sabah”ın məşqqçisi qərəzdən danışdı
"Buna necə dözmək olar?" - Nazim Süleymanov
Yığmamız bərbad ot örtüyündə mübarizə apara bilər!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası