reklam
Sportfm.az xəbər saytı

"Qvardiolanı da gətirsən, xeyri yoxdur” - "Neftçi"nin hücumçusu


"Neftçi”nin hücumçusu Denilson Pereyra "Zirə” ilə oyundan (0:2) sonra jurnalislərin suallarını cavablandırıb.

- Məğlubiyyətə səbəb nə oldu?
- Komandamız bu gün kompakt oynamadı. İlk dəqiqələrdən oyuna yaxşı köklənsək də, sonradan konsentrasiya itdi. Nəticədə də məğlubiyyətlə üzləşdik.

- Öz oyunun barədə nə söyləyə bilərsən?
- Dediyim kimi, oyuna yaxşı başladıq. Lakin sonradan bəzi oyunçular matça köklənə bilmədilər. Futbol komanda oyunudur, 11 nəfər də vuruşmalıdır. 1-2 nəfər matça köklənə bilmirsə, digərlərinin də oyunu alınmır

- Məşqçi dəyişikliyi olsa da, "Neftçi” yenə uduzur. Bəlkə probem futbolçulardadır?
- 11 nəfər meydanda yumruq kimi mübarizə aparmalıdır. Bu, baş vemirsə, lap Qvardiolanı gətir, xeyri yoxdu.

- "Neftçi”nin qapısına penalti təyin oldu, komanda yoldaşın qırmızı vərəqə aldı. Hakimlikdən razısan?
- Hakimə heç bir iradım yoxdur. O, oyunu yaxşı idarə elədi.

- Qarşıda "Neftçi” 3 çətin oyun gözləyir. "Qarabağ”, "Qəbələ” və "İnter”lə görüşlərdən nə gözləmək olar?
- Futbol səhvlər üzərində qurulub. Qələbə üçün rəqibin səhvindən yararlanmaq lazımdı. Daha güclü oynayanda, qol vurduqdan sonra qələbə qazanmaq olar. Qarşıdakı rəqiblərimiz güclü olsa da, əvvəldən nəsə demək olmaz. Bəlkə "Qarabağ” elə səhvlər buraxdı ki, biz qələbə qazandıq. 

Mənbə: Futbolxeber.az

Oxşar xəbərlər

"Neftçi"nin hücumçusu: "Rəqibin sonuncu yerdə qərarlaşdığını düşünməməliyik" - VİDEO
"Kəpəz"in futbolçusu:"Rəqibin “Neftçi” olması həvəsimizi daha da artırmışdı"
Ansi Aqolli: "Bizi ciddi oyun və çətin mübarizə gözləyir"
Elxan Abdullayev: “Bu komanda ilə nəsə etmək çox çətindi”
Olivyer Spiteri: "Neftçi"nin heyətində güclü futbolçular var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər