Cüdoçularımız Portuqaliyada dünya çempionatında iştirak edəcəklər -FOTO
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qadınlardan ibarət cüdo üzrə milli komandamızın baş məşqçisi və idmançılarla görüşüb.
Sportfm.az xəbər verir ki, görüşdə cari ilin noyabrında Portuqaliyada keçiriləcək dünya çempionatına və 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Sonda İ.Rəhimov milli komandaya verdiyi dəstəyə görə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə öz minnətdarlığını bildirib.
Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, paralimpiya millimiz Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə noyabrın 13-19-da Portuqaliyanın Odivellas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Oxşar xəbərlər
İlqar Rəhimov atletlər kəndində idmançılarla görüşdü - Tokio-2020
Paralimpiyaçılarımız ilk dəfə qış idman növü üzrə yarışda iştirak edəcəklər
Para taekvondoçularımız dünya çempionatına hazırlaşır
Azərbaycan paralimpiya hərəkatında liderdir - FOTO
Şaiq Həmidov vəzifəsindən azad edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün















Misli Premyer Liqası